
“Turan Tovuz”un yarımmüdafiəçisi Pruzi Marakvelidze Premyer Liqanın 3-cü turundan “Kəpəz”I məğlub etdikləri görüş haqda Sportinfo.az-ın sualların cavablayıb.
- Tarixi derbidə qələbə qazandınız. Təəssüratların necədir?
- Derbi olduğu üçün çətin oyun oldu. Lakin biz “Kəpəzi”ni məğlub edə bildik. Belə qələbədən hamımız razıyıq.
- Görüşdə həlledici məqam nə oldu?
- Düşünürəm ki, matçın taleyini həll edən məqam iki erkən qol vurmağımız oldu.
- Bu mövsüm ilk dəfə 90 dəqiqə meydanda oldun. Çıxışında razısan?
- Yox, özümdən razı deyiləm. Amma düşünürəm ki, bu oyun əsas nəticə idi. Onu da əldə etdik.
- Maraqlıdır, özünlə bağlı nədən narazısan?
- Bu futboldur və həmişə istədiyin kimi oynaya bilməzsən. Mən maksimalistəm və həmişə özümdən daha çox şey tələb edirəm.
XANOĞLAN İMANOV