
“Turan Tovuz”un qapıçısı Aydın Bayramov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Kəpəz”i məğlub etdikləri (2-0) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.
- Oyunla bağlı fikirlərin necədir?
- Ağır oyun olacağını bilirdik. Çünki Gəncə səfəri hər zaman ağır keçir. Digər tərəfdən havanın isti olması uşaqlara çətinlik yaradırdı. Amma şükürlər olsun ki, 3 xalı qazanıb azarkeşlərimizi sevindirdik.
- Qərb derbisinin digər matçlardan fərqi nələrdi?
- Bu derbinin öz tarixçəsi var. Mənim üçün bir yenilik idi. Gözəl atmosfer vardı. Belə görüşlərin məsuliyyəti daha çox olur. Çünki azarkeşlər səndən yalnız qələbə gözləyir.
- 3 turda əldə olunan 6 xalı əla start adlandırmaq olar?
- Hər üç oyunumuzu səfərdə oynadığımızı nəzərə alsaq, nəticəmizi yaxşı hesab etmək olar. Azarkeşlərimiz isə sağ olsun, hər səfər görüşündə yanımızda oldular.
- 3 oyunda vurduğunuz 5 qolun hamısın forvadlar vurub. Belə hücum xətti ilə arxa xətt özünü necə hiss edir?
- Komandada ailə atmosferi var. Kimin qol vurmağı önəmli deyil. Məğlubiyyətdə və qələbədə də hamı bir-birinə dəstəkdir. İnşallah, bu da öz nəticəsini verməlidir.
- Bütün oyunları səfərdə keçirmisiz. Durumu bezdirici saymaq olar?
- Bezdirici deməzdim, lakin öz çətinliyi var. Təbii ki, azarkeşlərimizin qarşısında oynamaq bizə daha da kömək olardı.
XANOĞLAN İMANOV