Şeyx Bakıya gəldi, gördüklərinə valeh oldu: “Hamı burdadadır, alqışlayıram”

20 Avqust 2023 21:20 Müsahibə 1 250
Şeyx Bakıya gəldi, gördüklərinə valeh oldu: “Hamı burdadadır, alqışlayıram”

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatını izləyənlər arasında Birləşmiş Ərəb Əmirlikləri Atıcılıq Federasiyasının prezidenti Şeyx Əhməd Bin Məhəmməd Bin Haşer Əl-Maktum da var.

2004-cü ildə Afina Olimpiadasında qızıl medal qazanmış hazırkı federasiya prezidenti Sportinfo.az-a müsahibə verib.

- Azərbaycan və Bakı ilə bağlı təəssüratlarınızı eşitmək maraqlıdır.

- Bu, ölkənizə ikinci səfərimdir. Bizim ölkədən olan insanlar Azərbaycanı çox bəyənir. Mən də onlardan biriyəm. Maraqlısı budur ki, Azərbaycan bir mövsümdə yox, ilboyu gözəldir. Həm yayı maraqlı olur, həm də qışı. Burada insan rahatlığı üçün hər şey var: təbiət, dağlar, meşələr, göllər, çaylar...

- Ölkəmizdə təşkil olunan dünya çempionatı kənardan necə görünür?

- Hər şeydən əvvəl bu cür möhtəşəmn yarışın Azərbaycanda keçirilməsini alqışlayıram. Hamı buradadır, 100-dən çox ölkədən iştirakçılar və federasiyaların nümayəndələri gəlib. Təşkilat Komitəsi bütün işləri möhtəşəm şəkildə qurub. Sistem “Rolex” saatı kimi işləyir. Bu, ilk dəqiqələrdən hiss olunur.

- Atış meydanları necə?

- Mərkəzin özü çox mükəmməldir. Atış üçün hər cür şərait yaradılıb. Heç kim heç nəyi bəhanə edə bilməz. Buna görə də nəticələr və ballar yüksəkdir. Maraqlısı budur ki, stend, tapança və tüfəng atıcılığı eyni yerdə cəmlənib. Hər kəs bir-birini görür, görüşür, münasibət qura bilər. Bu da idmanı gözəlləşdirən amildir.

- Vaxtilə özünüz də peşəkar atıcı olmusunuz. Deyəsən, daha məşğul olmursunuz.

- Afina Olimpiadasında qızıl medal mükafatçısıyam. Bundan başqa 6 dəfə dünya kubokunun sahibi olmuşam. 2005-ci ildə peşəkar karyeramı başa vurdum. Artıq istirahət edirəm və ailəmin qayğısına qalıram.

- Dünya çempionatında BƏƏ-dən olan atıcıları da görmək mümkündür. Onların medal qazanmaq ehtimalı nə dərəcədə real görünür?

- Ölkəmizin ən yaxşılarını seçib gətirmişik. Lakin onlar digər ölkələrdən olan atıcılarla mübarizə aparacaq qədər yüksək səviyyədə deyil. Hazırda qarşımızda duran əsas məqsəd gəncləri cəlb edib, onların inkişafına nail olmaqdır.

HƏBİB

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti