"Azərbaycanda elə hücumçular var ki…" - MÜSAHİBƏ

20 Avqust 2023 13:35 Müsahibə 1 947
"Azərbaycanda elə hücumçular var ki…" - MÜSAHİBƏ

"Sumqayıt"ın pakistanlı legioneri İsa Suliman Premyer Liqanın 3-cü turunda "Qəbələ"ni məğlub etdikləri görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

- İlk olaraq oyun barədə fikirlərin...

- Çətin oyun oldu. Heç də yaxşı formamızda deyildik. Amma biz xarakter göstərərək istədiyimiz nəticəni əldə etdik.

- Formada olmadığınızı dedin. Təxminən neçə tur lazımdır istədiyiniz formada olmanıza?

- Daha çox oyun keçirməyimiz lazımdır. Bunu zaman göstərəcək. Bizim üzərimizə düşən ən yaxşı oyunumuzu oynamaqdır.

- Ölkəmizdə ilk qolunu vurdun. Nələr deyə bilərsən?

- Vurduğum birinci qolla komandam qələbə qazandığı üçün fəxr edirəm.

- Davamı gələ bilərmi? Ümumiyyətlə, standart vəziyyətlərdən fərqlənməyi sevirsənmi?

- Açığı, mənim üçün əsas olan qol vurmaq yox, müdafiədə komandama kömək etməldir. Səmimi etiraf edim ki, peşəkar karyeramda ilk qolumudur. Adət etdiyim bir şey deyil (gülür).

- Sona yaxın bir epizodda topu boş qapıdan çıxardın. Vurduğun qolu, yoxsa komandanı qoldan xilas etməyi daha dəyərli hesab edirsən?

- Mənim üçün qol vurmaq daha fərəhlidir. Lakin əsas məqsədim müdafiədən oynamaqdır. Ən əsas olanı isə nəticə idi və onu da qazandıq.

- Bu gün matçın adamı olmağın ölkəmizə daha yaxşı adaptasiya olmağına nə kimi fayda verə bilər?

- Təbii ki, daha çox köməyi dəyəcək. Daha çox oyun, daha çox zaman lazımdır. Cəmi 1 ayda burdayam və 2 oyun keçirmişəm. Lakin oyunun qəhrəmanı olmasam belə, üzərimdə daha çox işləyirəm ki, proses tez keçsin.

- Premyer Liqanın səviyyəsi bura gələnə qədər düşündüyün kimidir, yoxsa gözlədiyindən daha yaxşı səviyyə ilə üz-üzəsən?

- Gələnə qədər o qədər də məlumatlı deyildim. Əslində də indi də çox məlumatlı sayılmaya bilərəm. Cəmi 2 oyun keçirmişəm. Amma yaxşı olduğunu deyə bilərəm. Müxtəlif ölkələrdən legionerlə var. Elə hücumçular var ki, mənə çətinlik yarada biləcəklər. Onlara qarşı oynamaqla təcrübə yığacam.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA