Təcrübəli şəxsdən "Sabah"a xəbərdarlıq: "Neftçi" ilə oyunlarda "Partizan"ın..." - MÜSAHİBƏ

14 Avqust 2023 23:40 Müsahibə 1 846
Təcrübəli şəxsdən "Sabah"a xəbərdarlıq: "Neftçi" ilə oyunlarda "Partizan"ın..." - MÜSAHİBƏ

Bu mövsüm avrokuboklarda debüt edən "Sabah" üzümüzü güldürməyə davam edir.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya çempionu RFS-ni hər iki görüşdə də məğlub edərək növbəti mərhələyə yüksələn komandamız burada da Serbiya nəhəngi "Partizan"a şans tanımadı.

İlk görüşü Bakıda keçirən Masazır klubu inamlı qələbə ilə yadda qaldı - 2:0. 17 avqust Murad Musayevin yetirmələrini Belqradda ağır cavab oyunu gözləyir.

Sportinfo.az-a müsahibə verən Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov da məhz "Sabah"ın bu günü və sabahından danışıb:

- Arif müəllim, 3 gün sonra “Sabah”ın “Partizan”la ağır səfər oyunu var. Matçdan gözləntiləriniz nədir?

- İlk qarşılaşmaya kimi favorit "Partizan" görünürdü. Klubun tarixi, təcrübəsi buna əsas verirdi.

- İlk oyundan sonra nə gördünüz?

- Bakıdakı oyun göstərdi ki, sadəcə statistikada belə görünür. Reallıqda "Sabah" çox gözəl oyunla, tam üstünlüklə qalib gəldi.

- Növbəti mərhələ realdı?

- Komandamızın növbəti mərhələyə adlamağa çox gözəl şansı var. Düzdü, 2:0 yaxşı nəticədir. Amma heç də arxayınlaşmaq olmaz.

- Niyə?

- Çünki səfərdə çox çətin olacaq. "Neftçi" ilə oyunlarda "Partizan"ın çılğın azarkeşləri önündə necə çıxış etdiyini görmüşük. O baxımdan çətin bir oyun gözləyir.

- O zaman avrokuboklarda debüt edən təcrübəsiz komandamız nələrə diqqət etməlidir?

- Burdakı kimi inamlı, ilk dəqiqələrdən daha səbrli, diqqətli olsalar növbəti mərhələyə adlaya bilərlər.

- Yayda Aleksey Kaşuk, serblərlə oyundan öncə isə Con Leys Mikels kimi əsas simalarını itirən təmsilçimizin yenə parlaq oyun göstərməsi sizin üçün surpriz olmadı?

- Kaşuk və Mikels olmadan "Sabah"ın belə oynaması surpriz olmadı. Lakin adlı-sanlı rəqibdən çəkinməməsi xoş oldu.

- Yaxşı sualı başqa cür qoyaq – Onların yoxluğunu “Sabah” komanda olaraq necə etdi ki, kənardan heç hiss olunmadı?

- Komandada bir məşqçi düzgün struktur qurursa, orada kimin gedib-qalmasının fərqi yoxdur. Əsas odur ki, sistem işləyir. Ona görə də ciddi problem olmur. Kütləv halda rəhbərlik, məçqçilər, futbolçular getsə onda fəsadlar ola bilər. Bu baxımdan "Sabah"da stabillik var. Baş məşqçi iki ilə yaxındır klubdadır.

- İndiki heyətdən kimlərin adını lider kimi çəkmək olar?

- Bəli, hazırkı heyətdə də başqa lider futbolçular var. Məsələn, Aleksey İsayevi qeyd etmək olar. Komandanı arxasınca aparır. Letiçi unutmaq olmaz. Demək olar ki, bütün təhlükəli epizodlar onun cinahından yaranır. Sistem işləyəndə 1-2 futbolçu da öz fərdi oyunu ilə kollektivə güc qatır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti