“Gördüklərimdən şoka düşmüşəm” – “Neftçi”nin səs-küylü transferi

9 Avqust 2023 20:40 Müsahibə 5 052
“Gördüklərimdən şoka düşmüşəm” – “Neftçi”nin səs-küylü transferi

“Neftçi”nin yeni transferi Andre Şinyaşiki Sportinfo.az-a müsahibə verib.

Braziliyalı forvard “Kəpəz”lə oyunda debütü, komandasının məğlubiyyəti və Azərbaycanda gördükləri ilə bağlı danışıb.

- Ağ-qara formada debütün istədiyin kimi olmadı. Səbəbini nə ilə əlaqələndirə bilərsən?

- Bura 3 xal üçün gəlmişdik. Artıq ilk dəqiqələrdən görünürdü ki, bizim üçün çətin olacaq. Çünki, rəqib əsas diqqəti müdafiəyə ayırıb, əks-hücumlara bel bağlayırdı. Müdafiədə sıx oynamaqla hədəfə çata bildilər. Rəqibi təbrik edirəm.

- Konkretləşdirsək, “Neftçi” niyə məğlub oldu?

- Dediyim kimi, rəqib müdafiə olunmaq tapşırığının öhdəsindən lazımınca gəldi. Biz isə sıx müdafiəni yara bilmədik.

- Öz oyununu necə qiymətləndirirsən?

- Azərbaycana təzə gəlmişəm, hardasa bir həftədir. Hələ ki, uyğunlaşma dövrü keçirəm və fikrimcə, bu, məndə pis alınmır. Növbəti matçlarda daha yaxşısını edəcəyimə inanıram.

- Hazırda dayandığımız Gəncə şəhər stadionu köhnədir. Bildiyimə görə, oyundan sonra yuyunanda su ilə bağlı problem yaranıb. Burada gördüklərinə təəccübləndin?

- Bura gəlməmişdən öncə bizi nələrin gözlədiyini bilirdim. Açığı, komanda yoldaşlarım bu barədə danışmışdı. Amma bu futboldur, həyatdır. Bütün klublar imkanlı, hər cür şəraitə malik ola bilməz. Həyatda da belədir, bir imkanlıdır, digəri imkansız. Ona görə də stadiondakı probemləri məğlubiyyətimizə bəhanə göstərə bilmərəm.

- Dostların var?

- Yeni gələndə yox idi. Vaxt keçdikcə yeni dostlar qazanmağa çalışıram. Azərbaycana gəlməmişdən əvvəl tanışlarımdan bu ölkə haqda məlumatlar almışdım.

- Sirr deyilsə, kimdən?

- İnanmıram siz onu tanıyasınız. Adı Aurodur, Qazaxıstanda “Ordabası” klubunda oynayır. O, dincəlmək və gəzmək üçün Bakıya səfər etmişdi. Həm də burada oynamış bəzi futbolçuları tamıyır. Ona görə də ən geniş məlumatlara o sahib idi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti