“Mən bunu deyə bilmərəm” - “Turan Tovuz”un yeni xilaskarı

6 Avqust 2023 18:35 Müsahibə 1 002
“Mən bunu deyə bilmərəm” - “Turan Tovuz”un yeni xilaskarı

Açılış turunun açılış oyununun qəhrəmanı Martın Petkov oldu.

Bolqarıstanlı forvard “Araz-Naxçıvan” – “Turan Tovuz” qarşılaşmasında (3:0) 2 qol vurmaqla həm də mövsümün ilk dubl müəllifi kimi tarixə düşdü.

Petkov Sportinfo.az-ın suallarını cavablandırıb.

- İlk oyunda komandanın xilaskarına çevrildin. Bu cür gedişat gözləyirdin?

- Mənim üçün ən vacibi komandamın qələbə qazanması idi. Qələbədə mənim də rolum olubsa, buna görə xəşbəxtəm. Əlimizə düşən imkanlardan istifadə etməklə azarkeşlərimizi sevindirdik. Bununla arxayınlaşmamalı, növbəti oyunlarda uğurlu çıxışın davamını gətirməliyik.

- Növbəti rəqibiniz “Qarabağ”dır...

- “Qarabağ” çox güclü rəqibdir və bu komandanın nəyə qadir olduğunu hər kəs bilir. Bizi bu rəqibə qarşı çətin oyun gözləyir. Qələbə qazanmağımıza baxmayaraq, çox güc itirdik. Qısa zamanda bərpa olub, “Qarabağ”la görüşə hazırlaşmalıyıq.

- Startda 2 qol yerinə düşdü. Bu cür davam etmək mümkün olacaq?

- Bura “Turan Tovuz”a fayda vermək üçün gəlmişəm. Əlbəttə, məqsədim bacardıqca çox qol vurmaqdır. Lakin indidən əminliklə nə qədər qol vuracağımı deyə bilmərəm. Özümü yox, komandamı düşünürəm. Təki bütün oyunlarda qələbə qazanaq, mən qol vurmasam da olar.

- Azərbaycan Premyer Liqasının səviyyəsi haqda düşüncələrin necədir?

- Karyeramda ilk dəfə legioner həyatı yaşayıram. Açığı, bir oyuna görə çempionat haqda geniş fikir bildirmək çətindir. Bildiyim budur ki, bizi çox gərgin mübarizə gözləyir. Çünki, əksər komandaların qarşısında yüksək hədəf var və ona çatmaq üçün döyüşəcəklər. Vaxtilə Azərbaycanda oynamış tanışlarım var. Onlardan Azərbaycan və çempionat haqda xoş sözlər eşitmişəm. Məşq və oyun meydançaları çox xoşuma gəlir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti