
Yenilənən "Qəbələ" yay fasiləsində 8 yeni transferlə yadda qaldı.
Onların arasında İsrail millisinin üzvü Osama Xalayla da vardı.
Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında "Omoniya"ya qarşı görüşdə debüt edən 25 yaşlı forvard cavab oyunu ərəfəsində Sportinfo.az-a müsahibə verib:
- Debüt matçında "Omoniya"ya məğlubiyyətə uzuldun. Yaxşı nəticə üçün nə çatmadı?
- Çox yaxşı oynadıq. Sadəcə qalib gəlmək üçün şansımız çatmadı. Biz bu məğlubiyyətdən nəticə çıxarıb komanda şəkilində inkişaf etməliyik.
- Yerli publika ilə bağlı ilk təəssüratların necədir?
- Düzünü desəm, azarkeşlərdən aldığımız heyrətamiz dəstəyə görə çox sevindim. Hər birinə dəstəyinə görə minnətdaram.
- Həqiqətən, tribunalarda möhtəşəm atmosfer vardı. Ab-hava sənin üçün gözlənilməz olmadı ki?
- Biz hər zaman onların dəstəyin gözləyirik. Növbəti görüşdə də qələbə üçün əlimizdən gələni edəcəyik.
- Sxemdə mərkəz forvardı göstərilsən də, cinahlara daha çox meyl edirsən. Məşqçinin tapşırığı idi, yoxsa oyun stilin belədir?
- Baş məşqçi məni mərkəz forvardı mövqeyinə təyin etmişdi. Amma mən özüm hər zaman cinahlarda olan boş zonaları doldurmağa çalışırdım. Ki, hücumlar zamanı daha çox qol imkanları yarada bilək.
- Kiprdə ağır cavab matçı sizi gözləyir. Mərhələ adlamaq mümkün olacaq?
- Əlbəttə, bizi çox çətin oyun gözləyir. Düşünürəm ki, qalib gəlmək olar. Bunu əlimizdən gələndən çoxunu çalışıb bacarmalıyıq.
XANOĞLAN İMANOV