"Sabah"la səfərə yollanan surpriz şəxslə MÜSAHİBƏ

25 İyul 2023 16:00 Müsahibə 1 709
"Sabah"la səfərə yollanan surpriz şəxslə MÜSAHİBƏ

"Sabah" bu gün Latviyaya yola düşdü.

Komanda sabah Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında yerli RFŞ klubunun qonağı olacaq.

Hava Limanında olarkən Rigaya yollanan heyət arasında yer alan surpriz qonaq diqqətimizdən qaçmadı.

Söhbət AFFA-nın baş katibi Sərxan Hacıyevdən gedir.

Federasiya rəsmisi Sportinfo.az-a müsahibəsində bu və digər məsəllərə aydınlıq gətirib.

- İlk öncə Murad Musayevin durumu ilə bağlı danışmağınızı istərdik. Rusiyalı mütəxəssis Latviyaya buraxılmaya bilər. "Sabah"ın prezidenti Maqsud Adıgözəlov bildirdi ki, məsələ ilə bağlı AFFA da öz köməyin göstərir...

- Latviya qanunvericiliyinə əsasən belə vəziyyət yaranıb. Söhbət bütünlüklə Rusiya vətəndaşlarının ölkəyə buraxılmamasından gedir. Lakin klub və biz məsələni UEFA və Latviya Futbol Federasiyası qarşısında qaldırdıq. Və bundan sonra zəmanət verildi ki, "Sabah"ın rusiyalı məşqçilər heyəti Latviyaya daxil ola biləcəklər.

- Yəni məsələ tam öz həllini tapıb?

- Bizə müəyyən sənədlər də göndərilib. Söz verilib ki, hər hansı problem olmayacaq.

- Son anda Latviya hökməti hər hansı maneə yarada bilərmi?

- Bu suala indi cavab vermək çətindir. Fors-major hallar istənilən halda ola bilər. Lakin bizə göndərilən sənədlər ümid verir ki, problem olmamalıdır.

- Bu gün 3 klubumuz - "Sabah", "Qarabağ" və "Neftçi" də səfərə yollanır. Sizin məhz birinciləri seçməyinizin xüsusi səbəbi varmı?

- Burada klublarla bağlı ayrıseçkilikdən söhbət gedə bilməz. Sadəcə nəzərə alaq ki, "Sabah"ın ilk Avropa oyunudur və ilk səfərdir. Həmçinin yaranan müəyyən problemlərlə bağlı istədik ki, özümüz klubun yanında olaq. Hər hansı ehtiyac yaransa yerində müdaxilə edək.

- Buna həm də mənəvi dəstək demək olarmı?

- Bəli, qeyd etmək olar (gülür).

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti