.jpg)
“Linkoln”un yarımmüdafiçisi Li Kasyaro Sportinfo.az-a müsahibə verib.
O, Çempionlar Liqasının I təsnifat mərhələsində qarşlaşdıqları “Qarabağ”la oyunlardan (2:1 və 4:0) danışıb.
-Ağır məğlubiyyətlə bağlı fikirlərin necədir?
- Bizim üçün çətin oyun, acı yenilgi oldu. “Qarabağ”ın çox yaxşı komanda olduğunu bilirdik. Onlar bunu öz oyunları ilə sübut etdilər. Bu komanda hər il avrokubokların qrup mərhələsində çıxış edir, zəngin təcrübəyə malikdir. Cəbəllütariqdəki oyuna pis başlamamışdıq. Son saniyələrdə buraxdığımız qol olmasaydı, Bakıya xoş əhval-ruhiyyə ilə gələrdik.
- Püşkatmadan sonra “Qarabağ”ın adını eşidəndə hansı hisləri keçirmişdiniz?
- Çempionlar Liqasında zəif komanda olmur. “Qarabağ” olmasaydı, başqası olacaqdı. Futbolda 11 nəfər 11 nəfərə qarşı oynayır. Qorxmaq, mübarizədən çəkilmək biz idmançılara yaraşmaz. Məqsədimiz güclü komandaya qarşı gücümüzü sınamaq idi. Hər iki oyunda bacardığımızı etdik.
- Cəbəllütariqdə Bakıdakı ilə müqayisədə daha inamlı görünmüşdünüz. “Qarabağ”ın qapısına qol vurmuşdunuz, hətta matçı qalib kimi başa vurmaq imkanınız da yaranmışdı. Bu dəfə niyə alınmadı?
- “Viktoriya”da süni örtükdə oynamışdıq. Bütün oyunlarımızı süni örtükdə keçiririk deyə, “sintetika”da bizə rahat olur. Süni örtükdən birbaşa “təbii”yə keçmək və buna alışmaq çox çətindir. “Qarabağ” isə əksinə, “süni”də əziyyət çəkirdi, “ot”da daha yaxşı oynayır. Başlıca səbəb bu idi. Ancaq əsas səbəb kimi rəqibin komanda şəklində təcrübəli olmasını göstərə bilərəm.
- 41 yaşınız nə deyir? “Qarabağ” bu oyunla hansı yarışın qrup mərhələsinə vəsiqə qazanacaq?
- Fikrimcə, bu, qarşısına çıxacaq komandaların adı ilə bağlıdır. Uyğun rəqiblər düşsə, Çempionlar Liqasının qrupunda oynaya bilər. Əks halda, çətin olacaq. ÇL-in qrupu olmasa belə, Avropa və ya Konfrans Liqasının qrupu da təcrübə və maddi qazanc baxımından faydalıdır. Hər bir halda “Qarabağ”a uğurlar arzulayıram. Çox yaxşı komandadır.
HƏBİB