“Sabah” kimi klubda çıxış etmək mənim üçün yenilikdir"- MÜSAHİBƏ

8 İyul 2023 23:00 Müsahibə 1 325
“Sabah” kimi klubda çıxış etmək mənim üçün yenilikdir"- MÜSAHİBƏ

"Sabah"ın yay fasiləsində heyətinə qatdığı ilk transfer Rəhman Daşdəmirov oldu.

"Şamaxı"nı paytaxt klubuna dəyişən 23 yaşlı mərkəz müdafiəçisi Sportinfo.az-a müsahibə verib.

O, keçidi, komandasının hazırlığı və gələcək planlarından danışıb.

- "Sabah"a keçidin necə baş tutdu?

- “Sabah”dan təklif gələndə çox sevindim. Çünki iddialı klubda çıxış etmək hər bir futbolçunun istəyidir. Mən də çox düşünmədən təklifi qəbul etdim. Göstərilən etimada görə təşəkkür edirəm.

- Yeni klubunda olduğun mövqedə böyük rəqabət olacaq. Ehtiyatda qalmaqdan qorxmursan?

- Düzdü, rəqabət olacaq. Rəqabət olmasa inkişaf olmaz. Özümə inanıram. İnşallah ki, mənə olan güvəni doğruldaram.

- İlk dəfə iddialı bir klubda çıxış edəcəksən. Hansı hisslər keçirirsən? Həyəcan varmı?

- Həyəcan hissi mənə yaddır. Sadəcə, “Sabah” kimi klubda çıxış etmək mənim üçün yenilikdir. Bu, mənim üçün yeni çağırışdır. Əlimdən gələni edəcəm ki, bu imkanı layiqincə dəyərləndirim.

- Artıq "Qəbələ"yə qarşı oyunda debüt etdin. İlk oyununu necə qiymətləndirirsən?

- İlk görüşüm yaxşı keçdi. Hazırlıq mərhələsinin ilk hissəsin geridə qoyduq. “Qəbələ” kimi klubla yoxlama matçı faydalı oldu. İnşallah, daha yaxşı olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti