"Onların istəklərini doğrultmaq üçün çalışacam" - MÜSAHİB

24 İyun 2023 23:00 Müsahibə 1 351
"Onların istəklərini doğrultmaq üçün çalışacam" - MÜSAHİB

"Turan Tovuz"un yay fasiləsində heyətinə qatdığı qapıçı Aydın Bayramov Sportinfo.az-a müsahibə verib.

Yeni transfer Tovuz təmsilçisinə keçidindən, gələcək planlarından danışıb.

- "Turan"a keçidin necə baş tutdu?

- Ayxan Abbasovla danışığımız oldu. Sonda da razılaşdıq və bu gün "Turan"ın üzvüyəm.

- "Turan"ın əsas qapıçısı Tərlan Əhmədli hesab olunur. Onunla "Sumqayıt"da bərabər çıxış etmisiniz. Növbəti dəfə onunla rəqabətə hazırsanmı?

- Futbol elə oyundur ki, hər zaman rəqabətə hazır olmalısan.

- "Sumqayıt"da Ayxan Abbasovun rəhbərliyi altında milli komandaya kimi yüksəlmişdin. Bu dəfə eyni zirvəyə "Turan"da yüksəlmək mümkün olacaqmı?

- İnşallah. Bunun üçün əlimdən gələni edəcəm.

- "Turan" 9 ildən sonra elitaya qayıtsa da hər kəsi təəccübləndirməyi bacardı. Qərarında bu məqam nə qədər rol oynamış oldu?

- Bəli, oldu. Komanda uzun müddətdən sonra yüksək liqaya qayıtsa da özünü yaxşı tərəfdən göstərə bildi. İnşallah, "Turan" ildən ilə klub kimi daha da çox inkişaf edər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti