“Qəbələ”nin legioneri Əyyub Allaş Sportinfo.az-a müsahibə verib.
Belçikadan olan 25 yaşlı yarımmüdafiəçi ölkə kubokunun finalında “Nefçi” üzərində qazanılan qələbəni şərh edib.
- Kuboku qazanandan sonrakı hislərin necədir?
- Özümü hədsiz xoşbəxt hiss edirəm. Belə deyim, keçirdiyim hisləri sözlə ifadə etmək mümkünsüzdür, göydə uçuram. Bu, karyeramın ilk finalı, ilk tituludur.
- “Neftçi”ni nədə üstələməyi bacardız?
- Ədalətli olaq, meydanda “Neftçi”dən daha yaxşı idik. İlk dəqiqələrdən təzyiq etdik, 2-3 real qol imkanı yaxaladıq və əlavə olunmuş dəqiqələrdə olsa belə, istəyimizə çatdıq. Hətta sona yaxın daha 2-3 qol vura bilərdik. Ona görə də “Qəbələ”nin qələbəsi heç kimi təəccübləndirməməlidir.
- Əlavə 30 dəqiqənin oynanılacağını biləndə, nə düşünürdün? Penalti seriyası keçirdi gözlərinin önündən?
- Xeyr, qətiyyən! Oyunu gedişinə və komanda yoldaşlarıma o qədər arxayın idim ki, penaltilərə ehtiyac duyulmayacağını bilirdim. Hiss edirdim ki, gec-tez top qapıdan keçəcək. Sadəcə, bir az gec oldu.
- Çempionatda və kubokda gördüyümüz “Qəbələ”ni Avropa Konfrans Liqasında da izləyə biləcəyik?
- Avrokuboklar daxili yarışlarla eyni deyil. Orada daha güclü rəqiblər olur və komandalar bir-birini tanımır. Beynəlxalq arenada hər bir oyunçunun arzusu komandasını layiqli şəkildə təmsil etmək, özünü yaxşı tərəfdən göstərməkdir. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Necə olacağını isə oyunların gedişatı göstərəcək. Açığı, rəqibin adından da çox şey asılıdır. İndi istirahətin dadını çıxaraq, Konfrans Liqasına hələ vaxt var (gülür).
HƏBİB

