Zubir “Qalatasaray”la bağlı sualdan yayınmadı: “Burada olmalıyam”

1 İyun 2023 20:40 Müsahibə 3 744
Zubir “Qalatasaray”la bağlı sualdan yayınmadı: “Burada olmalıyam”

“Qarabağ”ın sevilən futbolçularından olan Abdullah Zubir Sportinfo.az-a geniş müsahibə verib.

Komandasının fransalı “döyünən ürəy”i fərqli mövzularda sualları cavablandırıb.

- Möhtəşəm mövsüm keçirərək növbəti dəfə qızıl medala sahib oldun. Bu dəfəki “qızıl”ın əvvəlkilərdən fərqi var?

- Söhbət çəkilən əziyyətdən və onun nəticəsindən gedirsə, fərq böyük deyil. Bəlkə də hansısa məqamlarda ola bilər. Amma ümumi götürəndə özümü xoşbəxt hiss edirəm. Çempion olmaq uzun və ağır mövsümün nəticəsidir. Bunu hamı arzulayır, amma yekunda qalib bir komanda olur. Uğurda az da olsa payım olubsa, buna görə yalnız sevinirəm.

- Növbəti mövsümdə səni yenə “Qarabağ” formasında görə biləcəyik?

- Burada olmalıyam (gülür).

- İbrahima Vadji, Kadi Borges, Ovusu Kvabena, Ramil Şeydayev kimi komanda yoldaşların getdi. Sənə də təkliflərin olduğu deyilir.

- Elə bir söhbət yoxdur. Olsa, yəqin ki, məlumat veriləcək. “Qarabağ”ın futbolçusuyam və bundan məmnunam.

- “Qalatasaray”la qardaşlıq görüşündən sonra adın bu klubla ilə yanaşı çəkilirdi. Hətta Super Liqanın digər klublarının səninlə maraqlandığı haqda xəbərlər dolaşırdı.

- Bilirəm, yazırdılar. Dediyim kimi, “Qarabağ”la müqaviləm var və burada özümü xoşbəxt hiss edirəm.

- Medal almaq üçün səhnəyə tərəf yön alanda azarkeşlər səni alqışladı. Fanatların sənə platonik sevgisinin arxasında nə dayanır?

- Açığı, mənim üçün bu haqda nəsə demək çətindir. Yalnız onu söyləyə bilərəm ki, azarkeşlərdən bu cür sevgi görmək məni sevindirir və motivasiya verir. Yəqin ki, oyunuma görədir. Çalışıram ki, ümidlərini doğruldum, öz oyunumla göstərdikləri diqqətin qarşılığını verim.

- Oyunlardan sonra sosial şəbəkələrdə haqqında yazılanları oxuyursan?

- Əlbəttə, qarşıma çıxanları və başa düşdüklərimi oxuyuram.

- Əksər vaxtlarda səni fərdi oyuna meyl etdiyinə, həlledici anlarda ötürmə vermədiyinə görə qınayırlar.

- Azarkeşlər fikir bildirməkdə sərbəstdir və buna görə heç kim onlara söz deyə bilməz. Hətta mən özüm də. Dediyiniz məsələyə gəlincə, uşaq vaxtımdan bu iradları eşidirəm: “Tək oynama, ötürmə ver, çoxluğa girmə”. Bəlkə də hansısa epizodda ötürmə verməyim daha yaxşı olar, nəinki driblinq etməyim, ya da zərbə vurmağım. Ancaq bu, futboldur, həmin an düşündüyünü edirsən, sonra nə olacağını bilmirsən.

- Qurban Qurbanov da buna görə sənə irad bildirir?

- Düzü, indiyə qədər bu barədə söhbətimiz olmayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular