"Beşiktaş"a qol vura bilmədiyimə görə üzgünəm, amma..." - MÜSAHİBƏ

16 May 2023 19:40 Müsahibə 728
"Beşiktaş"a qol vura bilmədiyimə görə üzgünəm, amma..." - MÜSAHİBƏ

"Sabah"ın almaniyalı hücumçusu Mikels Coy-Lens "Beşiktaş"la yoldaşlıq oyunu (3:3) haqda Sportinfo.az-a müsahibə verib.

- "Beşiktaş"la xeyriyyə matçında üz-üzə gəldiniz və matçda 3:3 hesabı qeydə alındı. Bu cür nəticə gözləyirdin?

- Düzü, hansısa nəticə haqda düşünmürdük, gözləmirdik. Sadəcə öz oyunumuzu oynamaq istəyirdik. Oyuna çox yaxşı başlamışdıq. Vurduğumuz erkən iki qol bu matçda daha yaxşı oynamağımıza kömək oldu. Maraqlı oyun alındı.

- "Sabah" tarixində ilk dəfə yayda avrokuboklar macərasına başlayacaq. Avrokuboklar öncəsi bu cür rəqibə qarşı oynamaq sizin üçün yaxşı təcrübə oldu?

- Bəli. "Beşiktaş"a qarşı yaxşı oynadıq. Avrokubokları böyük səbirsizliklə gözləyirəm. Hamımız gördük ki, azarkeşlər bu cür oyunlarda necə möhtəşəm dəstək göstərirlər, necə maraqlıdırlar.

- "Beşiktaş"a qarşı yaxşı performans göstərdın, sağ cinahdakı müdafiəçilərə qarşı çox da çətinlik çəkmədin. Öz performansını necə dəyərləndirirsən?

- "Beşiktaş"la matçda qol vura bilmədiyimə görə üzgünəm. Amma kollektiv şəklində çox yaxşı çıxış etdiyimizi düşünürəm. Özümün də, bir-iki yaxşı qol epizodu oldu. Əfsuslar olsun ki, onları həyata keçirə bilmədim.

- Təyin olunan penaltini necə şərh edərdin? Özünü yerə atmışdın? "Beşiktaş" tərəfi penalti qərarına etiraz edirdi...

- Doğrudur, bir balaca sanki cərimə zərbəsinə oxşayırdı. Amma özümü yerə atmamışdım, cərimə dəqiq var idi. Çünki topa çatırdım və rəqib oyunçu topuğuma vurmuşdu. Sonradan epizoda baxdım, penaltidən daha çox cərimə zərbəsinə oxşayırdı. Yəni, sanki azca kənarda olmuşdu. Təəssüflər olsun ki, penaltidən istifadə edə bilmədim. Halbuki, istədiyim küncə vurdum. Amma Mert Günokun boyu hündürdür, təcrübəlidir, Türkiyə millisinin qapıçısıdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti