COP29

“Neftçi”yə 3 qol vuran: “Gözləmirdim... tribunaya atdım”

11 May 2023 22:20 Müsahibə 889
“Neftçi”yə 3 qol vuran: “Gözləmirdim... tribunaya atdım”

Premyer Liqanın 33-cü turunda “Neftçi”yə 4:0 hesabıyla qalib gəldikləri matçda het-trik edən Runi Eva Sportinfo.az-ın suallarını cavablandırıb.

- 3 qol vuran hücumçunun əhvalı necədir?

- Ağır, eyni zamanda gözəl oyun oldu. Kubokun yarımfinal mərhələsinin cavab görüşündə onlara məğlub olmuşduq. Bu dəfə uduzmaq haqqımız yox idi. Qələbə qazanmağımız yerinə düşdü. Üstəlik, bu cür nəticə ilə. Tablodakı hesabdan və vurduğum qolların sayından xoşbəxtəm.

- Oyundan əvvəl kimsə sənə het-trik edəcəyini desəydi, ciddi qəbul edərdin?

- Açığı, qol vuracağımı hiss etmişdim. Daha doğrusu, buna inanırdım. Ancaq 3 qol vuracağımı gözləmirdim.

- 4:0 nəyin göstəricisidir? Kubokda məğlubiyyətin, yoxsa həmin oyunda buraxdığınız səhvlərdən nəticə çıxarmağın?

- Bu görüş bizim üçün revanş xarakteri daşıyırdı. Dediyim kimi, “Neftçi”ni udmalıydıq. Başqa cür ola bilməzdi.

- Bu qalibiyyətdən sonra Premyer Liqanı tərk etməyəcəyiniz dəqiqləşdi. Növbəti oyunlara köklənmək çətin olmayacaq ki?

- Bizə bir qələbə lazım idi, onu da əldə etdi. Hər birimiz xoşbəxtik. Ancaq arxayınlaşmaqdan söhbət gedə bilməz. Son tura qədər meydanda canımızı qoyacağıq.

- Het-trik edən futbolçular, adətən, topu özündə yadigar saxlayır. Sən həmin topu nə etdin?

- Tribunaya atdım.

- Niyə?

- Çünkii vurduğum qollarda onların əməyi böyük idi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"