"Hər dəfə yaxşı oynayırıq və məğlub oluruq – Bu, bir neçə dəfə başımıza gəlib"

29 Aprel 2023 15:00 Müsahibə 665
"Hər dəfə yaxşı oynayırıq və məğlub oluruq – Bu, bir neçə dəfə başımıza gəlib"

"Sumqayıt"ın yarımmüdafiəçisi Vüqar Mustafayev Sportinfo.az-a müsahibə verib.

Vitse-kapitan ilk öncə komandasının Premyer Liqanın son turunda "Qəbələ"yə son məğlubiyyətini (2:3) dəyərləndirib və qarşıdakı oyunlar barədə danışıb:

- "Qəbələ" ilə oyunda Qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirdik. Düşdümüz durumdan çıxmaq, qələbə qazanıb bir qədər rahatlaşmaq istəyirdik. Maksimum nəticə qazanmağa çalışırdıq, amma alınmadı.

- Üstün oynamadığınız halda 2:0-lıq yaxşı üstünlük qazana bilmişdiniz. Onu qorumağa nə çatmadı?

- Nə deyim vallah. Bilmirəm arxayınçılıq oldu, yoxsa başqa nəsə səbəb var. Açıq futbol gedirdi. Hər iki komanda da hücumlar edirdi. Məsələn, bizim vurduğumuz top dirəkdən qayıtdı və davamında "Qəbələ" qələbə qolun vurdu.

- O zaman yekun nəticəni şansın müəyyən etdiyini demək olar?

- Allahın qədəridir. Futbolda belə şeylər olur. Biz vura bilmədik, rəqib imkanlardan maksimum yararlandı. Təbrik edirəm.

- Qarşıda "Kəpəz"lə vacib səfər oyunu var. Belə məğlubiyyətdən sonra həmin oyuna hazırlaşmaq çətin olmayacaq?

- Belə hal mövsüm ərzində bir neçə dəfə başımıza gəlib. Məsələn, eyni situasiyada "Turan", "Kəpəz" və "Səbail"lə səfər matçlarından üzüağ çıxa bilmişik. Bu oyunu unutmuşuq. "Kəpəz"lə oyudan maksimum nəticə əldə etmək istəyirik.

- Son oyunlar "Sumqayıt"ın oyununda yaxşılığı doğru inkişaf var. Hətta məğlub olduğunuz qarşılaşmalarda belə pis çıxış etməmisiniz. Əgər mövsümə Samir Abasovun rəhbərliyi altında bu heyətlə başlasaydınız indi hansı pillədə ola bilərdiniz?

- Bu barədə nəsə demək olmur. Düzdü, hər oyun üstünə qoyuruq, yaxşı oynayırıq. Ancaq yekunda məğlub oluruq. Futbol da elə oyundu ki, nəticə vacibdir. Sonda yığılan xallara baxılır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı