Kapitandan ETİRAF: "Deyəsən, yavaş-yavaş buna öyrəşirik"

27 Aprel 2023 20:00 Müsahibə 503
Kapitandan ETİRAF: "Deyəsən, yavaş-yavaş buna öyrəşirik"

Premyer Liqanın 31-ci turunda "Sumqayıt"ın qonağı olan "Qəbələ" 0:2 geri düşdüyü oyunda əla geridönüş edərək 3:2 hesablı qələbə qazana bildi.

"Qəbələ"nin kapitanı Asif Məmmədov Sportinfo.az-a müsahibə verib.

- Dramatik oyun keçdi. Nələr deyə bilərsən?

- Açığı, oyuna yaxşı başlamadıq. Yalnız sonradan özümüzə gələ bildik. Baxmayaraq ki, 2:0 uduzurduq. "Sumqayıt" Premyer Liqada qalmaq uğurunda oynayır. Motivasiyaları üst səviyyədədir. Bu baxımdan belə ola biləcəyini ehtimal edirdik. Şükür, sona yaxın toparlanıb geridönüş edə bildik.

- Artıq ikinci matçdı komanda 0:2 geri düşsə də, toparlanmağı bacarır...

- Deyəsən, yavaş-yavaş buna öyrəşirik (gülür). Necə olmasından asılı olmayaraq, önəmli olan qələbədir. Yekunda 3 xal verilir.

- Bərabər səviyyədə oyun gedirdi. Gözlənilmədən 0:2 geri düşdünüz. Oyuna qayıtmaq üçün nələri dəyişdiniz?

- Məncə, baş məşqçinin əvəzetmələri öz sözünü dedi. Sonradan meydana çıxan Omar Hani və Emil Səfərovun qolları oyunun axarın xeyirimizə dəyişdi.

- Sayılmayan ilk qoldan sonra baş məşqçi və futbolçuların sərt etirazı yaşandı. Bu epzioda barədə nə deyə bilərsən?

- Düşünürəm ki, hakimlərə qarşı aqressiyamız normal idi. VAR deyilən bir şey var. Hakim epizodu sona qədər izləyib, sonra qərar verə bilərdi. Hakim bir qədər tələsdi. Bəlkə də topun bizə düşəcəyini düşünmədi. Onları da qınamaq olmaz. Yəqin ki, elə gördü. Belə səhvlər olmasa, daha yaxşı olardı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!