"O. bu jesti göstərdi, həm məni, həm də azarkeşləri qıcıqlandırdı"

18 Aprel 2023 22:20 Müsahibə 824
"O. bu jesti göstərdi, həm məni, həm də azarkeşləri qıcıqlandırdı"

"Turan Tovuz"un qapıçısı Tərlan Əhmədli Sportinfo.az-a müsahibə verib.

O, komandasının qərb derbisindəki məğlubiyyətini şərh edib, qarşıdan gələn "Neftçi" ilə ağır kubok matçını dəyərləndirib.

- "Turan" mövsümdə ilk dəfə qərb derbisini məğlubiyyətlə başa vurdu. Səncə, buna nə səbəb oldu?

- Rəqibi analiz etmişdik. Bilirdik ki, əks-hücumlara yaxşı çıxırlar. Və bizi də əks-hücumda tutaraq cəzalandırdılar. Sonra çalışdıq bərabərlik qolunu vuraq. Şanslarımız oldu, amma dəyrləndirə bilmədik və məğlub olduq.

- Oyunun bölük bölümün azlıqda keçirdiniz. Qırmızı vərəqə olmasaydı nəticə fərqli ola bilərdi?

- Əlbəttə, qırmızı vərəqədən sonra çətinlik oldu. Amma 10 nəfərlə belə yaxşı mübarizə apardıq. Şanslarımız yenə oldu, lakin dəyərləndirə bilmədik.

- Görüşün sonunda yaşanan insident qərb derbisinə öz damğasını vurdu. Hadisənin aktiv iştirakçılarından biri də sən idin. Nə baş vermişdi?

- "Kəpəz"in futbolçusu Ahmed Ayzaya qeyri-etik jest göstərərək həm məni, həm də azarkeşləri qıcıqlandırdı. Futbolda belə hadisələr olur.

- Amma oyundan sonra belə mübahisə davam etdi. Düşünmürsən ki, bununla qərb derbisində növbəti görüşlər gərginlik daha çox ola bilər?

- Derbi matçı idi. Normal qəbul edirəm. Çünki hər iki komanda qələbə qazanmaq istəyirdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti