"Belə bir mövsüm məni qane edə bilməz" - MÜSAHİBƏ

14 Aprel 2023 09:40 Müsahibə 1 104
"Belə bir mövsüm məni qane edə bilməz" - MÜSAHİBƏ

"Səbail" sonuncu tur "Sabah"la matçda surprizə imza atdı.

Bayıl təmsilçisi iddialı rəqibini xalsız yola salmağı bacardı.

Qazanılan qələbənin (2:1) memarı isə son dəqiqələrdə meydana çıxan və qısa müddətdə qələbə qolunu vuran Qoba Zakpa oldu.

30 yaşlı afrikalı oyunçu Sportinfo.az-a müsahibəsində vurduğu qoldan, qazandıqları surpriz qələbədən danışıb.

- "Sabah" üzərində vacib qələbə əldə etdiniz. Güclü rəqiblə oyunda bunu necə bacardınız?

- Çoxları qalib gələcəyimizi gözləmirdi. Lakin biz buna çox inanırdıq. Komanda olaraq matç boyu əlimizdən gələnin ən yaxşısını edib qələbə qazandıq.

- Meydana çıxandan az sonra qələbə qolun vurdun. Bunu gözləyirdin?

- Əlbəttə, final fitinə qədər hər şey mümkündür və mən buna inanırdım.

- 9 turdan sonra fərqlənməyi bacardın. Stabil çıxış etməyinə nə mane olur?

- Rəqibin kimliyini nəzərə almadan hər oyuna qələbə üçün çıxırıq. Təəssüf ki, çox vaxt işlər istədiyimiz kimi irəliləmədi. Daha çox qol vurub komandamızın uğurlarında pay sahibi olmaq istərdim. Açığı bunu deyə bilərəm ki, belə bir mövsüm məni qane edə bilməz. Lakin əsas olan yalnız mənim deyil komandamızın uğurlu çıxış etməsidir.

- Qələbəyə rəğmən yenə sonuncu pillədən qurtulmaq mümkün olmadı. Səncə, qarşıdakı turlar bunun öhdəsindən gəlmək mümkün olacaq?

- Futbolda mütləq həqiqət yoxdur. Oyunda hər şey mümkündür. Və mən buna ürəkdən inanıram ki, hər şey istədiyimiz kimi olacaq. Bunun üçün mən və komanda yoldaşlarımız çox çalışacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"