"Qarabağ"a vurduğu qola görə təəssüfləndi - MÜSAHİB

12 Aprel 2023 19:40 Müsahibə 2 592
"Qarabağ"a vurduğu qola görə təəssüfləndi - MÜSAHİB

"Kəpəz" Premyer Liqanın 29-cu turunu "Qarabağ"a məğlubiyyətlə başa vurdu - 1:3.

Səfər qarşılaşmasında komandasının yeganə qolunun müəllifi olan belaruslu müdafiəçi Yeqor Xvalko Sportinfo.az-a müsahibə verib.

- Lider "Qarabağ"la oyun sizin üçün necə keçdi?

- Prinsipcə, kifayət qədər yaxşı oyun keçirdik Yəqin ki, daha yaxşı çıxış edə bilərdik, amma “Qarabağ” kimi komanda ilə oyunda bizim buraxdığımız səhvlərə yol vermək olmaz.

- Görüşün gedişində hesabı bərabərləşdirə bilmişdiniz. Bəs hesabı qorumağa nə mane oldu?

- Məncə, səhvlərimiz. "Qarabağ"ın yüksək səviyyəli futbolçuları bizi səhvlərimizə görə cəzalandırdılar.

- "Kəpəz"də ilk qolunu vurdun. Bu barədə nə deyə bilərsən?

- Təbii ki, qol vurmaq xüsusi emosiyadır. Xüsusən də belə rəqibə qarşı. Bəli, mənim çempionatda ilk qolumdur. Təəssüf ki, bu, oyunda xal qazanmağımıza kömək etmədi. Ona görə də xüsusi nəsə deyə bilmərəm.

- Sona 7 tur qalır. Premyer Liqada qalmaq şanslarınızı necə görürsən?

- Təbii ki, başqa heç nə düşünmürük. Çempionatın sonuna 7 oyun qalıb. Əlimizdən gələni növbəti oyunlar edəcəyik. Son sıralarda gedən rəqiblərlə matçlar çox vacibdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!