
"Sumqayıt"ın müdafiəçisi Süleyman Əhmədov "Neftçi"yə məğlubiyyətdən sonra (0:4) Sportinfo.az-a müsahibə verib.
O, oyun haqqında fikirlərini səsləndirib
- Oyuna yaxşı hazırlaşmışdıq. Məğlubiyyətə baxmayaq, üstünlük bizim tərəfimizdə idi. Əsasən də ikinci hissənin əvvəli rəqibi öz qapısından çıxmağa imkan vermirdik.
- Bəs niyə böyük hesabla məğlub oldunuz?
- Əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Sonluq çatmadı. Rəqib də çox təcrübəli komandadır. Səhvləri bağışlamırlar. Ona görə də çox diqqətli olmaq lazım idi. 2:0-dan sonra məcburən daha çox irəli atıldıq, bu da müdafiədə bəzi boşluqlara səbəb oldu. Nəticədə növbəti qolları buraxdıq. Düşünürəm ki, hesab oyuna görə olmadı. Növbəti oyunlarda daha diqqətli olmalıyıq.
- Bəlkə də bu gün karyeranda ən yaxşı oyunlarından birini keçirdin. Amma qarşılığı belə məğlubiyyət oldu. Bu baxımdan nəticəyə ikiqat üzüldüyünü düşünmək olar?
- Əlbəttə. Tək mənim yox, bizim komandamızın ən yaxşı oyunlarından biri idi. Ancaq oyunu yaxşı keçirib, qələbə qazana bilməyəndə daha çox üzülürük.
- Maraqlıdır, oyundan sonra baş məşqçi hesaba görə sizi danladı, yoxsa yaxşı oyuna görə tərif dedi?
- Baş məşqçimizin danışığı uzun çəkmədi. Oyunu analiz etdikdən sonra səhvlərimiz üzərində daha da diqqətli olub, onları aradan qaldırmağa çalışacağıq.
XANOĞLAN İMANOV