"Qarabağ"ın oyunçusu millinin biabırçılığı haqda iki kəlmə söylədi

8 Aprel 2023 23:00 Müsahibə 6 368
"Qarabağ"ın oyunçusu millinin biabırçılığı haqda iki kəlmə söylədi

“Qarabağ” Şamaxı səfərində 1:0 hesablı çətin qələbəyə sevindi.

Bölgədəki oyunda meydana ikinci hissədə daxil olan Filip Ozobiç Sportinfo.az-ın suallarını cavablandırıb.

- Çətin qələbə qazandız. Oyunun bu məcrada keçəcəyini gözləyirdiz?

- Bizim üçün vacib olan 3 xal idi ki, onu da əldə etməyi bacardıq. Bura gələn komandalar üçün oyun çətin keçir. Bu da əsasən süni örtük amilinə görədir. Ötürmələr zamanı topun sürəti azalır deyə, müəyyən çətinliklər yaranır.

- Rəqib son 10-15 dəqiqədə təhlükəli görünürdü. Hətta real qol imkanları da oldu. Həmin anlardan 3 xalın əldən çıxacağından ehtiyatlanmırdın ki?

- Rəqib hesabda geridədirsə, pressinq etməsi, böyük qüvvə ilə irəli atılması normaldır. Bunu gözləyirdik. Ancaq qələbə qazanacağımıza əmin idim, açığı.

- Ağır zədədən sonra özünü necə hiss edirsən? Əvvəlki Filipi görməyə nə qədər vaxt lazımdır?

- Bəli, 4 aya yaxın oynamadım. Ağır zədədən qayıdandan sonra hər bir futbolçuya çətin olur. Bir az vaxta ehtiyacım var. Əsas odur ki, çətin günlər geridə qalıb. Qısa zamanda əvvəlki formamı yığacağıma ümid edirəm.

- Sənin də heyətində yer aldığın Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsinin startında Avstriya və İsveçlə oyunlarda qapısında 9 top gördü – 1:4, 0:5. Səbəb nə idi?

- Üzücü yenilgilər idi. Ancaq hazırda bu barədə danışmaq istəmirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti