
“Qəbələ”nin müdafiəçisi İlkin Qırtımov Sportinfo.az-a müsahibə verib.
Təcrübəli oyunçu “Sabah”la gərgin keçən və məğlub olduqları son oyundan (2:3) danışıb, bu tur “Zirə” ilə onların gözləyən önəmli matç öncəsi şanslarını dəyərləndirib.
- Yaxşı oyun keçirdiyiniz “Sabah”la görüşdə məğlubiyyətə nə səbəb oldu?
- Həqiqətən də yaxşı oyun keçirdik. Sadəcə, fərdi səhvlərdən qollar buraxdıq. Amma ümumi komanda olaraq yaxşı oyun keçirməyimiz bizi sevindirdi. Fərdi səhvləri düzəltsək, belə oyun bizə uğur gətirəcək.
- 85 dəqiqə öndə olduğunuz görüşdə son dəqiqələrdə buraxılan 2 qolla önəmli 3 xalı əldən verdiniz. Bunun şokunu üzərinizdən ata bilmisiniz?
- Bəli. Şükür, komandada hər şey yaxşıdır. Qarşıdakı oyuna hazırlaşırıq.
- Qarşıdakı oyun 4-cü pillə uğurunda həftələrdi gərgin mübarizə apardığınız “Zirə” olacaq. Gözləntilərin maraqlıdır…
- Hər iki tərəf üçün də çox ağır oyun olacaq. Amma meydana yalnız qələbə üçün çıxacağıq.
- Bu matçı 4-cü pillə uğurunda bu matçı son döyüş adlandırmaq olar?
- Məncə, son döyüş adlandırmaq tezdir.
XANOĞLAN İMANOV