“Baş məşqçi "Neftçi" ilə oyuna görə bizi təriflədi" - MÜSAHİBƏ

3 Aprel 2023 21:00 Müsahibə 834
“Baş məşqçi "Neftçi" ilə oyuna görə bizi təriflədi" - MÜSAHİBƏ

“Zirə” Premyer Liqanın 28-ci turunu “Neftçi” ilə bərabərliklə (1:1) başa vurdu.

Oyunun yaxşılarından olan serbiyalı müdafiəçi Nemanya Andelkoviç gərgin keçən qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.

- Yaxşı oyun keçirdiniz, çox sayda qol imkanları yaxaladınız. Amma qələbə qolun vurmaq mümkün olmadı. Buna nə mane oldu?

- Bəli, çox yaxşı oynadıq. Oyunun tempini rəqibə diktə etdiyimizi göstərdikş Bütün oyun boyu daha yaxşı olduq, qol vurmaq üçün çox şanslarımız oldu, amma onlardan yararlana bilmədik. Elə buna görə də futbol maraqlı oyundu.

- 1 xalı qazanc hesab edirsən, yoxsa 2 xal itirdiniz?

- Hər bir xal bizim üçün önəmlidir və təbii ki, 3 xalı götürmədiyimiz üçün təəssüflənirik. Davam edəcəyik və bizi gözləyən növbəti oyunlara hazırlaşacağıq.

- Növbəti dəfə xal itirdiniz. 4-cü pilləni itirməkdən qorxmursunuz?

- Mən qorxmuram, çünki komandama inanıram və nəyə qadir olduğumuzu bilirəm

- Paltardəyişmə otağında yaxşı oyuna görə tərif eşitdiniz, yoxsa xal itkisinə görə baş məşqçi sizi danladı?

- Məşqçi bizi təriflədi. Çünki yaxşı oyun göstərdik və qələbəyə yaxın idik. Meydanda çox gözəl futbol oynadıq.

Digər Xəbərlər
Xəbər Lenti