"Azərbaycan millisinin oyunları barədə danışmaq çətindir" - MÜSAHİBƏ

31 Mart 2023 22:40 Müsahibə 765
"Azərbaycan millisinin oyunları barədə danışmaq çətindir" - MÜSAHİBƏ

"Şamaxı"nın yarımmüdafiəçisi Elvin Məmmədov Sportinfo.az-a müsahibə verib.

O, milli komandaya görə yaranmış fasiləni komandası üçün dəyərləndirib və elə fasiləyə səbəb olan millinin son uğursuzluğundan da danışıb.

- Milli komandalara görə yaranmış fasiləni necə dəyərləndirirsən?

- Hər zamankı məşqlərimiz öz axarında davam etdi. Biz futbolçular üçün dəyişən bir şey yox idi.

- Bəs komanda üçün xeyirli saymaq olar?

- Çatışmayan şeylər çoxdur. Onlarn üzərində daha çox işlədik. Necə alınacağını oyunlarda görəcəyik, inşallah.

- Fasilədən sonra ilk oyunun "Qarabağ"la olmasını necə qiymətləndirirsən?

- Bizim üçün hər oyun çətindir. Və liderə qarşı oynamaq xüsusi ilə məsuliyyətlidir. Çalışacağıq komanda olaraq daha yaxşı mübarizə aparaq.

- Sona 9 tur qalır və sonuncu pillədən "Şamaxı"nı 2 xal ayırır. Yüksək liqada qalmaq şansların necə görürsən?

- Məqsədimiz liqada qalmaqdır. Ümid edirəm ki, sonda bunu bacaracağıq.

- Sabiq milli üzvü kimi əsas yığmanın ardıcıl biabırçı hesabla məğlubiyyətləri barədə nələr deyə bilərsən?

- Bu barədə danışmaq çətindir. Çünki mən də futbolçuyam. Açığı, milli komandadan bu oyunu heç kim gözləmirdi. Zamanı geri qaytarmaq olmur. Uşaqlara dəstək olmaq lazımdır. Bu məğlubiyyətlərin də məsuliyyəti baş məşqçidədir. Yəqin ki, özü geniş fikir bildirəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı