"De Byazi istefa verən olsaydı, çoxdan getmişdi" - MÜSAHİBƏ

28 Mart 2023 19:40 Müsahibə 1 348
"De Byazi istefa verən olsaydı, çoxdan getmişdi" - MÜSAHİBƏ

“Qəbələ”nin kapitanı Asif Məmmədov Sportinfo.az-a müsahibə verib.

Təcrübəli yarımmüdafiəçi Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçə (0:5)məğlubiyyətlərin dəyərləndirib.

- Başlayaq son oyundan. Milli komandamızın İsveçə məğlubiyyəti barədə nələr deyə bilərsən?

- Danışılası nəsə yoxdur axı.

- Sona qədər izləyə bildin?

- 0:2-dən sonra yatmışam. Duranda 0:5-dən xəbərim olub.

- 0:2-yə kimi nəyəsə ümid edirdin?

- Sözün düzü, oynamaq olardı. Ya rəqib qeyri-ciddi hazırlaşmışdı, ya da biz daha yaxşı köklənmişdik. Bəlkə də heyət seçimi doğru olsaydı oynamaq olardı. Sonda hesab pis qurtardı. Amma 5:0-lıq oyun deyildi. Bəlkə də komandamız İsveçin adından çəkindi.

- İki oyuna 9 top buraxmışıq. Nəzərə alaq ki, rəqiblər hər nə qədər güclü olsalar da heç biri Avropanın hegemon millilərindən deyildi. Nə baş verir?

- Elədir elə olmağına. Amma yenə də düşünürəm ki, ilk oyunda ciddi səhvlər etdik. Heyətin düzgün qurulmaması məğlubiyyətə gətirdi. Birinci oyun heyət düzgün deyildi, ikinci oyun da əvəzetmələr yanlış idi. Bunlar hamısı vacib şərtdir.

- Yəni problem baş məşqçidədir?

- Bugünkü gün fikirləşirəm ki, problem baş məşqçidədir. 2-3 futbolçunu çıxmaq şərti ilə hansı məşqçi gəlsə aşağı-yuxarı bu oyunçuları oynadacaq. Məsələn, mən Amin Seydiyevə dəvət göndərərdim. Cəmi bir sağ cinah oyunçusu var o da “23-lüy”ə düşməyib. Və sağ cinahda başqa mövqenin futbolçusu oynadılır. Bütün bunlar baş məşqçi ilə bağlı problemdir.

- Oyundan sonra istefa gözləyirdiz?

- Sözün düzü istefa verəcəyin gözləmirdim. İstefa verən çoxdan getmişdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti