“Neftçi”nin “dirəy”i “Qarabağ”ın adını eşidib soruşdu ki...

19 Mart 2023 20:00 Müsahibə 2 867
“Neftçi”nin “dirəy”i “Qarabağ”ın adını eşidib soruşdu ki...

“Neftçi”nin və Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov “Kəpəz”lə matç (2:2) barədə Sportinfo.az-ın suallarını cavablandırıb.

- Heç-heçənin qeydə alınması nə dərəcədə gözlənilməz oldu?

- Görünən bu oldu ki, rəqib qələbəni bizdən daha çox istəyirdi. Hesabda önə keçsək də, qələbə hesabını qoruya bilmədik. Çox sayda səhvlərə yol verdik. Səhvlərimiz üzərində işləməliyik. Bu oyun geridə qaldı, növbəti görüşü düşünməliyik.

- Komandadakı qeyri-sabitliyin səbəbi nədir? “Qarabağ”la oyun hara, son iki matçdakı oyun hara?

- Çempionatda hər dəfə baxımlı futbol oynamaq və ya bütün qarşılaşmaları qələbə ilə başa vurmaq mümkün deyil. Hamı xal qazanmaq üçün meydana çıxır. Çempionatın sonu yaxınlaşır deyə, rəqiblərin motivasiyası artır. Söhbət son iki oyundan gedirsə, rəqiblər böyük qüvvə ilə müdafiə olunanda işimiz istər-istəməz çətinləşir. Durmadan hücum edirik deyə, rəqiblər bizi əks-hücumlarda yaxalayır. Elə etməliyik ki, hücumlarımızı məntiqli sonluqla başa çatdıraq.

- “Neftçi”nin çempion olacağına ümid edirsən?

- Dediyim kimi, hər oyuna qələbə üçün çıxırıq. Bəs, siz nə düşünürsüz?

- “Qarabağ”ın qızıl medalları qazanacağı mənə görə daha real görünür.

- Siz o cür düşünürsüzsə,, elə də olsun.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"