“Neftçi”nin legioneri “Sportinfo”nun sualı ilə razılaşmadı, “halal olsun” dedi

15 Mart 2023 20:00 Müsahibə 1 162
“Neftçi”nin legioneri “Sportinfo”nun sualı ilə razılaşmadı, “halal olsun” dedi

“Neftçi”nin gürcüstanlı legioneri Solomon Kvirkveliya Sportinfo.az-a müsahibə verib.

Müdafiəçi Premyer Liqanın ötən turunda “Şamaxı”ya səfərdə 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı sualları cavablandırıb.

- Özünü necə hiss edirsən?

- Əla. Çox vacib 3 xalı aktivimizə yazmağı bacardıq. Bilirdik ki, “Şamaxı” evdə inamlı təsir bağışlayır, azarkeşlərinin önündə istəkli olurlar. Üstəlik, süni örtükdə oynamağın çətinliyi də məlum idi. “Sintetika”ya öyrəşməmişik. Uşaqlara halal olsun! Sona qədər mübarizə aparıb istəyimizə çatdıq. Davamını gətirməliyik.

- Birinci hissədə komandaya nə olmuşdu?

- Heç nə olmamışdı, futbolumuzu oynayırdıq.

- İlk 45 dəqiqədə rəqibin 4-5 real qol imkanı oldu.

- Razılaşmıram. Oyunda ən real qol imkanı bizdə oldu, o da dediyiniz ilk 45 dəqiqədə. Mateus Saldanyanın zərbəsi dirəyə tuş gəlməsəydi, hesabı biz açacaqdıq. Oyunun əvvəlində meydançaya öyrəşmək bizim üçün çətin idi. Fasilədən sonra uyğunlaşma prosesini geridə qoyduq. Tam istədiyimiz futbolu oynayandan sonra rəqib qapımıza bir dəfə yaxınlaşa bildi. Amma 100 faizlik şansları olmadı. Hətta oyunöncəsi isinmə hərəkətləri zamanı ayaqlarımda ağrılar hiss edirdim. Süni örtük ayaqdakı gücü alır.

- Oyununuzun istədiyiniz kimi alınmamasının səbəbi “sintetika”da idi?

- Biz hər şeyə hazır idik. Bura 3 xal dalınca gəlmişdik ki, buna da nail olduq.

- Rəhbərlik bu oyuna və nəticəyə görə sizi təbrik etdi?

- Əlbəttə.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti