
“Şamaxı” kifayət qədər xoş təsir bağışladığı və xeyli sayda qol epizodu yaratdığı “Neftçi” ilə oyunu məğlub başa vurdu – 0:1.
Əyalət təmsilçisinin müdafiəçisi Rauf Hüseynli Sportinfo.az-ın suallarını cavablandırıb.
- Niyə məğlub olduz?
- Əlimizə düşən imkanlardan yararlana bilmədiyimiz üçün. Qol vursaydıq, oyun fərqli məcrada keçəcəkdi.
- 3-4 real qol imkanını əldən verdiz. Nə çatmadı?
- Qol fürsətlərini dəyərləndirmək üçün konsentrasiyalı olmaq lazımdır.
- Oyunun gedişatı qələbədən xəbər verirdi. Həmin dəqiqələrdə “Neftçi”nin qalib gələcəyini təsəvvür edirdi?
- Meydana qələbə üçün çıxmışdıq və oyunboyu yalnız 3 xal haqda düşünürdük. Sadəcə, rəqibin ustalıq səviyyəsi sözünü dedi. Gördüyünüz kimi, əllərinə imkan düşən kimi dəyərləndirdilər.
- Oyundan sonra rəhbərlik paltardəyişmə otağına gəlmişdi?
- Bəli.
- Nə deyildi?
- Yaxşı oynadığımızı deyib, növbəti qarşılaşmalarda uğurlar arzuladılar.
- Cavid Hüseynovla Vüqar Əsgərlinin fikirləri necə idi?
- Üzülməməyimizi, çox işləməli olduğumuzu, çəkdiyimiz əziyyətin yerdə qalmayacağını dedilər. Növbəti matçımız “Qəbələ”yə qarşıdır. Həmin oyuna hazırlaşıb, maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
HƏBİB