Ukraynalı Bayıldakı SENSASİYANIN SİRRİni "Sportinfo"ya açıqladı

14 Fevral 2023 17:00 Müsahibə 613
Ukraynalı Bayıldakı SENSASİYANIN SİRRİni "Sportinfo"ya açıqladı

Azərbaycan Premyer Liqasında 22-ci turun surpriz nəticəsi Bayılda yaşandı.

Burada sonuncu pillədə qərarlaşan "Səbail" ilk "4-lüy"ü qapayan "Zirə"ni məğlub etdi - 2:0.

“Dənizçilər”in ukraynalı müdafiəçisi Petro Stasyuk Sportinfo.az-a müsahibə verib.

- "Zirə" üzərində qələbəniz gözlənilməz oldu. Bunu necə bacardınız?

- Biz bunu fədakarlıq, topla və topsuz düzgün komanda oyunu sayəsində bacardıq

- Bir oyun udub, digərində məğlub olursunuz. Stabil oynamağa nə mane olur?

- Komandanın hələ formalaşma mərhələsində olduğunu deyə bilərik. Yeni məşqçilər korpusu gəldi və zaman keçdikcə stabil komanda olacağımıza əminəm.

- Qış fasiləsindən sonra səfər oyunlarında xalsız qalsanız da hər iki ev oyununda qələbə qazanan tərəf olmusunuz. Bunun xüsusi sirri varmı?

- Heç bir sirri yoxdur. Komanda hər gün çalışır ki, baş məşqçinin tələblərini daha yaxşı yerinə yetirsin. Son oyunda isə məşqçinin oyunla bağlı verdiyi tapşırıqları yerinə yetirdik və çox vacib qələbə qazandıq.

- Sonuncu pillədən qurtuldunuz. Növbəti hədəf nə olacaq?

- Komandamızın məqsədi hər görüşdə qələbə qazanmaqdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti