Kamran Quliyev “eybi yox” deyib, mesaj göndərdi

8 Fevral 2023 20:00 Müsahibə 835
Kamran Quliyev “eybi yox” deyib, mesaj göndərdi

Cari mövsümün sürpriz komandası “Şamaxı” doğma meydanda keçirdiyi növbəti oyunda “Turan Tovuz”a məğlub oldu – 0:1.

Bu, bölgə təmsilçisinin tovuzlularla cari mövsümdə 2-si çempionatda, 1-i kubokda olmaqla Şamaxıdakı 3-cü qarşılaşmada 3-cü yenilgisi kimi tarixə düşdü.

Halbuki, meydan sahibləri məğlubiyyətdən qaça, hətta qələbə qazana bilərdi. Lakin Cavid Hüseynovun yetirmələri ələ düşən fürsətlərdən yararlana bilmədi.

Komandanın ən sərrast hücumçusu Kamran Quliyev Sportinfo.az-ın suallarını cavablandırıb.

-Nə gözləyirdiz, nə baş verdi?

- Belə oyundan sonra danışmaq çox çətindir. Meydana yalnız və yalnız qələbə üçün çıxmışdıq. Gördüyünüz kimi, ərazi üstünlüyü tərəfimizdə idi. Sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirdik. Ani diqqətsizlik üzündən qapımızda qol gördük və uduzduq. Çox üzgünük.

- “Turan Tovuz”la Şamaxıda keçirdiyiniz hər bütün matçlarda eyni hesabla məğlub olmusuz. Bu rəqibə qarşı doğma meydanda istəyinizə çatmaqda çətinlik çəkirsiz.

- Çətin deyəndə ki, bacarmadığımız rəqib olsaydı, Tovuzda 3:1 hesabı ilə qalib gəlməzdik. Deməli söhbət bacarmamaqda deyil.

- Bəs, Şamaxıda niyə bacarmırsız?

- Oyunlara epizodlarla baxsaz, bütün hallarda üstünlük tərəfimizdə olub. Sadəcə, qol vurmaqda çətinlik çəkirik. Amma hansısa xüsusi səbəbin olduğunu düşünmürəm.

- Azarkeşlərin önündə məğlub olmaq futbolçulara nə dərəcədə təsir edir?

- Çox təsir edir. Bu oyundakı nəticə bizim üçün çox önəmli idi. Qqalib gəlsəydik, turnir cədvəlində “Turan Tovuz”u geridə qoyub, 6-cı pilləyə yüksələcək, alt pillələrdəki rəqiblərdən uzaqlaşacaqdıq. Bu isə komandaya əlavə ruh yüksəkliyi verə bilərdi. Eybi yox, “Turan Tovuz”la səfərdə daha bir oyunumuz var. Səbrsizliklə həmin görüşü gözləyəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"