
Premyer Liqanın 21-ci turunun gərgin qarşılaşmalarından biri Zirədə keçirildi.
Burada yerli komanda "Qəbələ"ni qonaq edib.
Qonşu pillələrdə qərarlaşan tərərflərin duelində bərabərlik qeydə alınıb – 2:2.
"Qırmızı qaralar"ın yarımmüdafiəçisi Rövlan Muradov da Sportinfo.az-a müsahibəsində həmin oyun haqqında danışıb:
- Əsas rəqiblə gərgin keçən oyun bərabərliklə başa çatdı. Qələbəyə nə mane oldu?
- Bəli, çox gərgin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Məqsədimiz aradakı xal fərqin azaltmaq idi. Əfsuslar olsun ki, qələbə qazana bilmədik.
- Hazırda “Zirə” ilə aranızda 5 xal fərq var. Səncə, gələcək oyunlarda bu fərqi aradan qaldırmaq çətin olmayacaq?
- Hər bir oyuna qələbə üçün çıxırıq. Ümid edirəm ki, xal fərqini tezliklə aradan qaldıra biləcəyik.
- “Zirə”dən fərqli olaraq sizin ölkə kubokundan da avrokuboklara getmək şansınız var. Bu, sizdə müəyyən arxayınçılıq yaratmır?
- Təbii ki, yaratmır. Eyni istəklə qarşıdakı oyunlara hazırlaşırıq. Çempionat davam edir. Necə olacağını isə zaman göstərəcək.
XANOĞLAN İMANOV