“Sabah”da ilk qolunu vuran ispan: "Bu, əlavə motivasiya olacaq"

2 Fevral 2023 19:40 Müsahibə 761
“Sabah”da ilk qolunu vuran ispan: "Bu, əlavə motivasiya olacaq"

“Sabah” qış fasiləsindən sonra ardıcıl ikinci oyunda da qələbə qazandı.

Ötən tur “Neftçi”ni məğlub edən (2:0) Masazır təmsilçisi bu dəfə Qəbələ səfərində inamlı qələbə ilə (3:0) aktivinə növbəti 3 xalı yazdırdı.

Vurduğu 1 qol və 1 asistlə qarşılaşmanın ən yaxşılarından olan “Sabah”ın müdafiəçisi Con İrasabal matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- İlk hissə çətin keçsə də, fasilədən sonra vurulan 3 qolla inamlı qələbə qazandınız. Oyun haqqında fikirlərin maraqlıdır...

- Bu komandaya qarşı ilk hissə həmişə çətin keçir. Rəqib ilk dəqiqələrdən intensivlik nümayiş etdirir. Bu dəfə də istisna olmadı. Çətin oyun idi. Şadam ki, bu matçdan qələbə ilə ayrılmağı bacardıq.

- Bəs, rəqibin erkən dəqiqələrdən azlıqda qalması oyuna necə təsir etdi?

- Rəqib azlıqda qaldıqdan sonra bizə oyunun əvvəlindəki təzyiqi edə bilmədi. Fasilədən sonra topa nəzarət bizim tərəfimizdə idi. Oyunda olan bu üstünlüyü hesabda da əks etdirməyi bacardıq. İkinci hissədə əldə etdiyimiz qol fürsətlərini dəyərləndirərək bu matçdan 3 xalla ayrıldıq.

- Qarşılaşmada 1 qol və 1 asistlə yadda qaldın. Ölkəmizdə ilk belə məhsuldar oyunundur. Davamı gələcək?

- Qol vurmaq həmişə xoşdur. “Sabah”da ilk qolumu vurduğuma görə şadam. Lakin əsas olan komandamın qələbəsidir. Şadam ki, bu qələbəyə qolla töhfə verdim. Bu qol mənə qarşıdakı oyunlar üçün əlavə motivasiya olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti