“Neftçi”yə “qənim kəsilən“: “Düzü, mən belə fürsətləri qaçırmıram“

29 Yanvar 2023 22:20 Müsahibə 933
“Neftçi”yə “qənim kəsilən“:  “Düzü, mən belə fürsətləri qaçırmıram“

"Sabah"ın mövsümün ikinci yarısına qələbə ilə başladı.

Doğma meydanda "Neftçi"ni qəbul edən Masazır təmsilçisi sonda 2:0 hesablı qələbəyə sevindi.

İlk qolu vuran və 90 dəqiqə meydanın ən yaxşılarından biri olan Coy-Lens Mikels güclü rəqib üzərində parlaq qələbə haqda Sportinfo.az-a müsahibə verib.

- Bu mövsüm "Neftçi"yə qarşı baş tutan üçüncü görüşdə də qalib gəldiniz. Mövsümün əvvəli bu komanda ilə 3 oyuna neçə xalı uğur hesab edərdin?

- Erkən qol vurmağımız öz oyunumuzu sərgiləməyimizə şərait yaratdı. Fikrimcə, yaxşı oyun sərgilədik və layiq olduğumuz qələbəni qazandıq. Əvvəlcədən hansı rəqiblə, nə qədər xal toplaya biləcəyimiz barədə düşünmürük. Sadəcə, hər oyuna qələbə üçün çıxırıq.

- Qolu penaldan vurdun. Bəs, oyun epizodundan ələ düşən fürsətləri qaçırmağına nə mane oldu?

- Düzü, adətən, belə fürsətləri qaçırmıram. Həmin anda qol fürsətlərini əldən verməyimə çox əsəbləşdim. Amma nəzərə alaq ki, futbolda bu cür hallar qaçılmazdır. Şadam ki, bu görüşdən qələbə ilə ayrılmağı bacardıq.

- "Neftçi" ilə 3 dueldə ən çox diqqət çəkən ad olmusan. Bu oyunlarda aktivində 2 qol, 1 asist var. Bunun sirri nədədir? "Neftçi" müdafiəsini xüsusi analiz edirsən?

- Rəqibin kim olmasından asılı olmayaraq, istənilən rəqibə qol vurmağa çalışıram. Sadəcə, burada olduğum müddətdə “Neftçi” ilə oyunlarım daha yaxşı alınıb. Amma dediyim kimi, rəqibin mənim üçün elə də fərqi yoxdur. Mən istənilən matçda komandama kömək etmək üçün əlimdən gələni edirəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"