“Kəpəz”in belaruslu müdafiəçisi “Sportinfo”ya söylədi ki…

18 Yanvar 2023 23:40 Müsahibə 672
“Kəpəz”in belaruslu müdafiəçisi “Sportinfo”ya söylədi ki…

"Kəpəz"in müdafiəçisi Yeqor Xvalko Sportinfo.az-a müsahibə verib.

Belarusdan olan əcnəbi oyunçu ilk öncə komandasının Antalyada baş tutan qış təlim-məşq toplanışını dəyərləndirib.

- Hər şey yaxşı idi. Bu gün son oyun oldu və biz Gəncəyə qayıdırıq. Plana uyğun olaraq bəzi futbolçular ilk oyun, bəziləri ikinci oyundan çox yük aldı. Son iki oyunda ilk oyunu kənarda qalanları meydanda oldu. Ümumən yaxşı rəqiblərlə oynadıq. Sınaq matçlarında nəticə önəm daşımır. Antalya toplanışı mövsümün ikinci yarısı üçün bizə çox faydalı olacaq.

- Bəs, komandanın oyunu necə göründü? Qışdan sonra daha güclü “Kəpəz” görə biləcəyik?

- Düşünürəm ki, bəli, təlim-məşq toplanışında yaxşı işlər gördük. Təbii ki, 100 faiz güclənəcəyimizi deyə bilmərik. İnkişaf edib-etmədiyimizi isə qarşıdakı oyunlar daha dəqiq göstərəcək.

- Yeni transferlər komandaya güc qata biləcəklər?
- Əlbəttə. Onlar yavaş-yavaş komandanın tələblərinə uyğunlaşırlar. Düşünürəm ki, hər şey yaxşı olacaq.

- "Kəpəz"in mövsümün ikinci yarısında əsas hədəfləri nə olacaq?
- Hər oyunda qalib gəlmək, turnir cədvəlində daha yüksək yerlərə qalxmaq istəyirik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti