"Qarabağ"ın legioneri: "Messi yenə dünya çempionu ola bilməyəcək"

11 Dekabr 2022 22:40 Müsahibə 660
"Qarabağ"ın legioneri: "Messi yenə dünya çempionu ola bilməyəcək"

“Qarabağ” və Azərbaycan millisinin yarımmüdafiəçisi Filip Ozobiç “МАТЧ ТВ”yə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, Xorvatiya millisinin Qətərdə keçirilən dünya çempionatındakı çıxışını dəyərləndirib.

- Heç kim Xorvatiyanın 1/4 finala çıxa biləcəyinə inanmırdı. Amma artıq onlar yarımfinaldadırlar. Nə baş verir?
-
Oyundan əvvəl hamı Braziliya millisinin favorit olduğunu düşünsə də, xorvatlar xarakter göstərə bildi və adını yarımfinala yazdırdı. Buna görə çox xoşbəxtəm.

- Penaltilər seriyasında Xorvatiyanın milli sirri nədədir?
-
Bəli, belə bir şey var. Xorvatiya heç vaxt penaltilər seriyasında məğlub olmayıb. Beləliklə, penaltilərlə də finala çıxmaq mümkündür.

- Xorvatlar Messini dayandıra bilər?
-
Messini sevirəm, ona uğurlar arzulayıram. Amma düşünürəm ki, Messi yenə dünya çempionu ola bilməyəcək.

- Niderland - Argentina matçındakı mübahisələri gördünüz?
-
Bəli, çox çətin oyun idi. Argentinalılar temperamentlidirlər. Düşünürəm ki, Xorvatiya onlarla oyunda daha yaxşı olacaq və qalib gələcək.

- Bu, oyununuzda yenidən baş verə bilər, yoxsa hər şey qaydasında gedəcək?
-
Argentinalılarla sakit oynamaq çətin olacaq. Onlarla matçda bir-iki qol vurub irəliləmək lazım gələcək.

- Xorvatiyanın ən yaxşı oyunçusu kimdir?
-
Mənim üçün Luka Modriç həmişə bir nömrədir. Ona görə də adını deyə bilərdim. O, “qızıl top”u qazanan yeganə xorvatdır.

- Dominik Livakoviç DÇ-2022-nin ən yaxşı oyunçusu adına iddia edə bilər?
-
Bəli, o, yaxşı qapıçıdır. Bir neçə penalti dəf edib. Livakoviç millimiz üçün çox vacib oyunçudur.

- Xorvatiyanın gözəl futbol nümayiş etdirməyən köhnə və ləng komanda olması ilə bağlı söhbətlərə münasibətiniz necədir?
-
İnsanlar belə deyir. Kim belə danışıbsa, artıq evə yollanıb. Biz isə hələ də buradayıq. Amma biz millini yarımfinalda görürük.

Digər Xəbərlər
Xəbər Lenti