ŞOK! “Min hoqqadan çıxır, onları açıb ortaya qoysam…” - DOSTU HƏR ŞEYİ DANIŞDI!

7 Dekabr 2022 20:00 Müsahibə 1 477
ŞOK! “Min hoqqadan çıxır, onları açıb ortaya qoysam…” - DOSTU HƏR ŞEYİ DANIŞDI!

“Kəpəz”ə ilk gəldiyi günlərdə yerli azarkeşlərin rəğbətini qazanan Tərlan Əhmədov get-gedə öz ayağının altını qazmaqdadır.

Futbolçularla apardığı prinsip, verdiyi əndrəbadi qərarlar və son oyunlardaki nisbi uğurlara görə ayağının altının görməməsi ən yaxın dostlarını belə dilə gətirib.

Belələrindən biri də Natiq Əsədovdur.

56 yaşlı qatı futbol azarkeşi “feysbuk”da Əhmədovla bağlı müxtəlif paylaşımlar edir, keçmiş dostunun səs yazılarını yayacağını diqqətə çatdırır.

Natiq bəyin paylaşımları azarkeşlərdə ciddi şübhə yaratdığından, səbəbkarla əlaqə saxlamağı vacib bildik. Əsədov baş məşqçi ilə bağlı şok faktlar səsləndirdi.

-Sosial şəbəkədəki paylaşımlarınızdan Tərlan Əhmədova qarşı qəzəbinizi görmək çətin deyil. Nə baş verib?

- Tərlan işsiz vaxtlarında cildə girib dedi ki, məni Gəncədə gündəmə gətirin, komandaya götürsünlər. Bunu dostun Fuada deyib. Mən də Tərlanı Fuada görə tanımışam. Deyirdi, Elxan məni yaxına buraxmır (Elxan Məmmədov – H.). Mən də Fuada və “Kəpəz”in xoş gələcəyinə görə Tərlanın təbliğatını aparmağa başladım. Hara gedirdiksə, haqqında xoş fikirlər səsləndirirdik, yaxşı insan və məşqçi olduğunu deyirdik. Azarkeşlər də bizə inanıb dəstək verirdi. O vaxt Tərlana görə üstümə gələnlər, etiraz edənlərin hamısı sonradan onun ətrafına yığıldı, işə düzəldi. Əvəzində Fuadı özündən uzaqlaşdırdı.

- Niyə?

- Özünə zəng vurub səbəbini soruşdum. Dedim, nə pislik etmişik sənə? Dəstək verdik, təbliğatınızı apardıq, lazım olan hər şey etdik və baş məşqçi təyin olundun. İndi niyə belə edirsən? İnanırsız, Yaşar Vahabzadəyə bu cür dəstək olsaydı, “Kəpəz” indiyə qədər 25 xal yığardı. Dedi, gəl stadiona.

- Getdiz.

- Bəli, getdim. Hava xoş idi, Mehman Allahverdiyev də orada idi, gəlib yanımda dayandı. Futbol oynamasam da, bizi tanıyırlar, hörmət edirlər. Tərlan gəlib bizim tərəfdən keçəndə əlini qaldırıb barmağının ucu ilə salam verib getdi. Dedi, başım qarışıqdır, gedirəm oyunun təhlilinə baxmağa. Bir də gördüm, arxa tərəflə gizlin-gizlin vaqona tərəf gedir. Getdim ki, yaxınlaşım, soyuqluğun səbəbi soruşum, mühafizəçi ora keçməyin qadağan olduğunu bildirdi. Tapşırıb ki, doğma qardaşım da gəlsə buraxma, Fuadla Natiqi ümumiyyətlə buraxma.

- Üzr istəyirəm, Tərlan Əhmədov verdiyiniz dəstəyin qarşılığında sizə nə söz vermişdi?

- Açığı, mənə yox, vaxtilə qardaş dediyi, anasının əlindən öpdüyü Fuada söz verib. Deyib, mən “Kəpəz”ə gələn gün Fuadın iş problemi həll olunacaq. Amma nə oldu? Tərlan bizə təpik atdı. Onun “Kəpəz”ə gəlmək məsələsi ortaya çıxanda Gəncədə bizə bilirsiniz necə təzyiq var idi?

- Sosial şəbəkədə Tərlan Əhmədovun sizdə səs yazılarının olduğunu yazmısınız. O səs yazılarında nə var?

- Çox şey var, çox şey. Onları açıb ortaya qoysam... 56 yaşım var, onu etməyim alınmayacaq. Adını hacı qoyub, məzlum görkəmini alıb min hoqqadan çıxıb və çıxmaqdadır. “Kəpəz”ə qədərki komandalarda etdiklərini bilirsiniz də. Bu gün klubun daxilindəkilər də onu istəmir. Tərlan şəxsi maraqlarını güdən, şəxsi ədavətini komandanın uğurundan üstün tutan adamdır. AFFA Rauf Əliyevə, Əli Səmədova, Elvin Yunuszadəyə o qədər pul verir. Niyə həmin futbolçular əvəzedici komandada oynamalı, gənclərin yolunu bağlamalıdır? Niyə o qədər maaşın qarşılığında əsas komandaya kömək etməməlidir? 2 qələbə qazanıb, 4 heç-heçə edib, elə bilir Mourinyodur.

- Tərlan Əhmədovun xarakterində problem var, intriqaya meyllidir, şəxsi məqsədləri üçün yalan vədlər verir – bunları başa düşdük. Maraqlıdır, niyə belə bir adamın “Kəpəz”də çalışması üçün səy göstərirdiniz, azarkeşlərlə üz-göz olurdunuz?

- Vallah, əvvəl mən onu yaxından tanımırdım. Açıq deyim, məzlum görkəminə aldanmışdım. “Vatsap”da görürdüm, məzlum kimi oturub. Dili ilə “məni gündəmə gətirin, dəstək verin” deyirdi. Nə yalan deyim, mən bunu dostum Fuada görə etmişəm. Çünki Fuad onunla çoxdan tanışdır, münasibətləri var. Elə şeylər var ki, adam danışmaq istəmir, ayıbdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı