Milliyə çağırıldı, şans qazanmadı, italyanla söhbət etmədi

22 Noyabr 2022 19:40 Müsahibə 1 297
Milliyə çağırıldı, şans qazanmadı, italyanla söhbət etmədi

Milli komandamızın yarımmüdafiəçisi Rövlan Muradov Sportinfo.az-a müsahibə verib.

O, uzun müddətdən sonra Canni De Byazidən dəvət alması, qazanılan qələbələr və gələcək planlarından söhbət açıb.

- Sənin də heyətində yer aldığın milli komandamız ardıcıl iki oyunda da qələbə qazandı. Səncə, bunda əsas nələr rol oynadı?

- Birliyin, istəyin və sonadək mübarizə sayəsində qələblər əldə olundu.

- Rəsmi oyunlarda da bunun davamını gətirmək mümkün olacaqmı?

- Əsas inanmaq lazımdır. İnşallah, o da davamlı olar.

- Ötən ildən milli komandaya dəvət olunacağın gözlənilsə də, bu, indi baş tutdu…

- Təbii ki, milli komandada olmaq qürur və şərəfdir. Məncə, orada çıxış etmək hər bir futbolçunun istəyidir.

- Dəvət bağlı ümidin vardımı?

- Düşünürəm ki, buna hər zaman hazır olmalısan.

- Millidə ab-hava necədir? Necə qarşılandın?

- İlk dəfə deyil ki, dəvət alıram. Artıq ikinci milli toplanışım idi. Bir- birimizi tanıyırıq və komanda yoldaşlarımla arada isti münasibətlər var.

- Amma debüt etmək yenə qismət olmadı…

- Təbii ki, bu da baş versəydi, mənim üçün həm xoş olardı, həm böyük böyük təcrübə. Üzərimdə daha çox işləyib, milli komandamıza gələcək oyunlarda da dəvət almağa çalışacam.

- Şans verməməsi barədə baş məşqçinin səninlə hər hansı danışığı oldumu?

- Xeyr.

- Baş məşqçi fürsət yaratsa, komandaya kömək etmək gücünü özündə hiss edirdinmi?

- Əlbəttə, bu gücü özümdə hiss edirdim. Neçə dəqiqə olur olsun, oynamağa hazır idim. Hər zaman da belə olmalıdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!