“Neftçi”dən “meydan oxudular”: "Kimin hansı mövqedə olacağını sonda görəcəyik"

4 Noyabr 2022 20:00 Müsahibə 1 230
“Neftçi”dən “meydan oxudular”: "Kimin hansı mövqedə olacağını sonda görəcəyik"

“Neftçi”nin uzun müddətli zədədən yeni dönən müdafiəçisi Azər Salahlı Sportinfo.az-a müsahibə verib.

O, öncə “Zirə” üzərindəki son qələbə (3:0) haqqında danışıb.

- "Zirə" ilə oyunlar hər zaman çətin olur. Xüsusi ilə Zirədəki oyunlar. İlk dəqiqələrdən komandamız oyuna konsetrasiyalı başladı. Sona qədər yaxşı oyun göstərib, qollarımızı vurub qələbə qazana bildik.

- Zirə səfərlərinin çətin olduğunu bildirdin. Amma bu dəfə sanki asan qələbə qazandınız. Səncə, bunun səbəbi nə idi?

- Deməzdim ki, asan oyun keçdi. Sadəcə ilk dəqiqələrdə vurulan qol bizə daha da rahat oynamağa imkan verdi. Daha sonra görüşdə nəzarəti ələ alaraq digər qolları da vura bildik.

- Oyuna daxil olmağın ani baş verdi. Oynamağın planda var idi?

- Oyundan öncə qərar verilmişdi ki, imkan olduğu təqdirdə 10-15 dəqiqə oynayım. Amma Azər Əliyevin zədələnməsi səbəbindən məcburən 75 dəqiqə oynamalı oldum. Tam hazır olmadığım üçün bir qədər ehtiyat edirdim. Amma şükürlər olsun ki, hər şey yaxşı qurtardı.

- Artıq "Qarabağ", "Sabah" və "Neftçi"nin timsalında ilk üçlüyün formalaşdığını demək olar. Bəs komandanın burada şansların necə qiymətləndirirsən?

- Mövsümün əvvəli olduğu üçün sezonun sonu barədə danışmaq bir az tezdir. Biz mübarizəmizi bütün oyunlarda aparacağıq və sonda kimin hansı mövqedə olacağını görəcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!