KAPİTAN: "Heç birimizə bu durumda olmaq xoş deyil, amma..."

5 Noyabr 2022 19:20 Müsahibə 736
KAPİTAN: "Heç birimizə bu durumda olmaq xoş deyil, amma..."

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynovun Sportinfo.az-a müsahibəsi.

- Son dəqiqələrdə buraxılan qolla "Turan Tovuz" səfərində komanda növbəti məğlubiyyətin yaşadı. Ən azı bərabərlik üçün nə çatmadı?

- Əvvəlcədən bilirdik ki, bizi çətin səfər oyunu gözləyir. Çünki “Turan Tovuz” azarkeşləri qarşısında iki qat motivasiyalı ilə oynayacaqdı. Buna uyğun hazırlıq görmüşdük. Təəssüf ki, ani diqqətsizlikdən qol buraxdıq və məğlub olduq.

­- Uzun müddətdən sonra rəqib kimi doğma rayona qayıtmaq hansı hisslər yaradırdı?

- Futboçu kimi yetişdiyim stadionda meydana çıxmaq, dogma azarkeşlər qarşısında oynamaq həyəcanverici idi. Çünki məni tanıyan dostlar, qohumlar, yaxınlar oyuna baxmağa gəlmişdi. Hər birinin dəstəyini hiss etdim. Elə sizin vasitənizlə tovuzlu azarkeşlərə təşəkkür edirəm.

- Komanda Aleksey Baqa ilə mövsümə uğursuz başladı. İndi isə Samir Abasovla həmin uğursuzluqdan çıxmağa çalışırsız. Səncə, mümkün olacaq?

- İnşallah ki, qarşıdakı oyunlar yaxşı nəticələrimiz olacaq. Komanda şəklində buna inanaraq, əzmlə çalışırıq.

- Abasovun gəlişindən sonra 5 rəsmi oyunda 1 bərabərlik və 4 məğlubiyyət almısız. Qələbə üçün nə çatmır?

- Bizim yaralı yerimiz qol vura bilməməyimizdir. Baş məşqçi də bunun üzərində çalışır. İnşallah, qarşıdakı oyunlarda həm qol vuracağıq, həm də qələbə qazanacağıq.

- Belə uğursuz startdan sonra hansı sonluq sizin üçün qanedici ola bilər?

- Qarşıda çox oyunlar var. Çalışacağıq ki, xal ehtiyatımızı artırıb, yuxarı pillələrdə olaq.

- Kapitan kimi futbolçularla düşdüyünüz durum barədə fərdi söhbətlərin olur?

- Öz aramızda danışıqlarımız çox olur. Heç birimizə bu durumda olmaq xoş deyil. Əl-ələ verib, inşallah, bu durumdan çıxacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!