Gəncənin icra başçısı “Sportinfo”ya danışdı, “Kəpəz“i gözləyən yenilikləri açıqladı

30 Oktyabr 2022 15:00 Müsahibə 2 128
Gəncənin icra başçısı “Sportinfo”ya danışdı, “Kəpəz“i gözləyən yenilikləri açıqladı

Şənbə günü Gəncədə baş tutan “Kəpəz” – “Səbail” görüşünü izləyənlər arasında şəhərin icra başçısı Niyazı Bayramov da var idi.

“Sarı-göylər”in qazandığı qələbə hər kəs kimi merin də əhvalına yaxşı mənada təsir etmişdi.

Bu, indiyə qədər “Kəpəz” və Gəncə şəhər stadionu ilə bağlı yığılıb qalmış suallara Niyazi bəydən cavab tapmaq üçün əla imkan idi. Və bu fürsəti əldən verməyib oyun başa çatan kimi başçıdan bir neçə suala cavab almağa çalışdıq.

- “Kəpəz”in bugünkü oyunu və qələbəsi ilə bağlı təəssüratlarınız necədir?

- Yaxşı oyun oldu, “Kəpəz” də yaxşı oynadı.

- Futbola həvəsiniz var? Yaxından maraqlanırsınız?

- Əlbəttə, maraqlanıram. Bu yaxınlarda klub rəhbərliyi ilə görüşmüşdük. Maraqlanırıq, maraqlanırıq.

- Növbəti ev oyunlarını da stadiondan izləməyi planlaşdırırsınız?

- Mütləq iştirak edəcəyik. Bu dəfə ayağımız yüngül oldu. Bundan sonra da iştirak edək ki, “Kəpəz” həmişə udsun (gülür).

- “Kəpəz”lə bağlı gələcək planlarınız nədən ibarətdir? Şəhərin icra başçısı kimi kluba, komandaya nə kimi köməklik etməyi düşünürsünüz?

- İlk növbədə stadionu təmir etmək lazımdır. İnsanların rahatlığı üçün stadionda şərait olmalıdır. Monitor yoxdur.

- Tablo, projektorlar...

- Bəli, tablo, projektor, heç nə yoxdur. Düzdür, meydanın vəziyyəti yaxşıdır. Amma şərait arzulanan səviyyədə deyil.

- Problemlər aradan qaldırılacaq?

- Sözsüz ki, düzələcək. Özü də gəncəlilər futbolu çox sevir. Gəncədəki oyunlarda azarkeşlərin sayı da çox olur.

- Birinci hissəni VİP-lojadan izləsəniz də, ikinci yarıda azarkeşlərin yanına gəldiniz. Bu, nə ilə əlaqədar idi?

- Ab-havanı hiss etmək üçün yerimiz dəyişdik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti