Braziliyalı hücumçu deyir ki: “Mən "Zirə"yə borcluyam”- SƏMİMİ MÜSAHİBƏ

1 Noyabr 2022 21:00 Müsahibə 628
Braziliyalı hücumçu deyir ki: “Mən "Zirə"yə borcluyam”- SƏMİMİ MÜSAHİBƏ

"Zirə"nin forvardı Filipe Paxtman Sportinfo.az-a müsahibə verib. Braziliyalı zədəli günlərindən, uzun müddətdən sonrakı qayıdışından və gələcək planlarından danışıb:

- Uzunmüddətli zədədən sonra ən yaxşı oyununu "Sumqayıt"a qarşı keçirdin deyə bilərik. İlk qol da sənin sayəndə qazanılan penalti sonrasında vuruldu. Özün öz oyununu necə qiymətləndirirsən?
- Səfərdə qazanılan vacib qələbə oldu. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirdik. Futbolda bu cür zədələr hər bir futbolçunun başına gələ bilər. Şükürlər olsun ki, həmin mərhələni arxada qoymuşam.

- İstedadlı olduğun ilk gündən görünür, amma ardıcıl zədələr bunu göstərməyə sanki mane olur. Bu dəfə necə, qolları sıralamağa özünü hazır sayırsanmı?
- Hazırda önəmli olan işə yenidən adaptasiya olmağımdır. Bu halda qollar da gələcək.

- Səncə, hazırkı komandan bu mövsüm hansı hədəfə çata bilər?
- Məqsədimiz oyundan-oyuna qələbələr qazanmaqdır. Bu halda görəcəyik ki, çempionatın sonunda ən yaxşı hansı yerə qədər irəliləyə biləcəyik.

- Premyer Liqada çoxlu sayda həmvətənlin var. Arasında daha yaxın olduğun kimlərdir?
- Riçard Almeyda ilə çox yaxşı münasibətimiz var. O həmin şəxslərdəndir ki, mən bura yeni gələndə çox şeydə mənə kömək göstərirdi.

- Bəs "Zirə"də daha çox kimlərlə yaxınsan?
- Bir-bir sadalamaq istəməzdim. Çünki "Zirə"də dostlarım çoxdur.

- Zədəli olduğun dönəm səninlə müqaviləni artırmaq qərarı verən "Zirə" rəhbərliyinə və baş məşqçiyə özünü borclu hiss edirsən?
- Təbii ki, o insanlar həyatımın ən çətin anlarında mühüm yer tutdular. Onlara dərin minnətdarlığımı bildirirəm.

- Ümumiyyətlə, o dönəm, bu qərar sənin üçün gözlənilməz oldu?
- Bu qərar məni xoşbəxt etdi. Amma baş verəcəyini düşünməzdim.

- Bir futbolçu üçün ən ağır şey uzu müddət yaşıl meydandan kənarda qalmaqdır. Bu, sənin başına gəldi. Həmin günlər hansı hisslər yaşadın?
- Başlanğıcda özümü çox piss hiss edirdim. Amma bərpan olunandan sonra getdikcə hər şey qaydasına düşürdü.

- Öz komandanı kənara qoysaq, digər klublarımızdan hansının oyunun xüsusi fərqləndirərdin və niyə?
- "Qarabağ" digər klublardan çox fərqlənir. Ölkəni beynəlxalq səviyyədə layiqincə təmsil etməsi də buna bariz nümunədir.

- Azərbaycanda karyerasın davam etdirmək fürsəti tapan braziliyalı dostlarına hansı məsləhətləri verərdin?
- Bu ölkə yaxşı futbol sərgiləmək üçün məqsədəuyğun yerdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti