"Bəzən alınır, bəzən yox"

19 Oktyabr 2022 17:00 Müsahibə 1 104
"Bəzən alınır, bəzən yox"

"Turan Tovuz" "Zirə"nin ardınca "Səbail"lə ev oyununda da hesabda irəli çıxsa da üstünlüyünü sona kimi qoruya bilmədi.

"Zirə"yə sonda 1:3 məğlub olan qərblilər Bayıl təmsilçisi ilə sonda bərabərliyə razılaşmalı oldu.

Elə komandanın müdafiəçisi Sadiq Quliyevlə söhbətə də buradan "körpü saldıq".

- İki dəfə hesabda önə çıxsanız da sonda qələbə hesabın saxlamaq mümkün olmadı. Buna nə mane oldu?

- Hər oyuna olduğu kimi, bu matça da ciddi hazırlaşmışdıq. Çətin oyun keçəcəyin bilirdik. Birinci hissə hər şey istədiyimiz kimi olsa da, ikinci hissə haqqında eyni danışmaq olmaz. İlk hissədəki oyunun tempini ikinci hissəyə keçirə bilmədik.

- "Zirə" ilə ötən ev oyununda da oxşar halla qarşılaşmışdınız. Baş məşqçinin bu barədə xüsusi tapşırığı oldumu?

- Əlbəttə, oyunumuz analiz edilir və harda necə səhvlər etdiyimiz deyilir. Ki, növbəti oyunlar eyni səhvləri etməyək. Amma futbolda səhvlər qaçılmazdır. Əsas olan odur ki, deyilən səhvləri tez bir zamanda aradan qaldıraq.

- Sadiq, mövsümün əvvəli yerli publika önündə daha yaxşı çıxış edəcəyiniz gözlənilirdi. Amma komanda aktivindəki xalların çoxunu səfərdə qazanıb. Evdə daha yaxşı oynamağa nə mane olur?

- Tovuzda olan ab-hava, azarkeşlərin oyunlarımıza gəlməsi bizi sevindirir. Əlavə motivasiya almış oluruq. Biz də çalşırıq ki, yaxşı oyunla xallar qazanıb onları sevindirək. Bu, bəzən alınır, bəzən yox. İstər ev, istər də səfər oyunlarında tək məqsədimiz meydandan xalla çıxmaq olur. İnanırıq ki, gələcək oyunlarımızda qələbə qazanıb, onları daha çox sevindirəcəyik.

- İlk oyunlardan fərqli olaraq, son iki oyunda əsas heyətdə meydana çıxırsan. Artıq əsas heyətdə yerini möhkəmləndirdiyini düşünmək olar?

- Hər bir futbolçunun birinci məqsədi daim əsas heyətdə çıxış etməkdir. Mən də həm məşqlərdə, həm də oyunlarda özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Bu, baş məşqçinin qərarıdır. İstər 5, istər 90 dəqiqə olsun inanıb meydana buraxırsa, mən də əlimdən gələn edib o inamı doğrutlmağa çalışıram.

- Yeni yaranan kollektiv olsanız da mövsümə pis start vermədiz. Səncə, qarşıdakı turlar da bunun davamını gətirmək mümkün olacaq?

- Yeni yaranan kollektiv olaraq, hər bir oyun bizim üçün mübarizədir. Gələcək oyunlarda da sona kimi mübarizə aparıb, xal ehtiyatımızı çoxlatmağa çalışacağıq.

- Qarşıda lider "Qarabağ"la oyun gəlir. Fikirlərin maraqlı olardı…

- “Qarabağ”ın gücü hamıya bəllidir. Avropda uğurlu çıxışı ilə bütün Azərbaycan xalqını sevindirir. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

- Bəs növbəti surpriz barədə inam var?

- İnam hər zaman var. Futboldu, uda da bilərik, uduza da bilərik. Əsas olan baş məşqçinin tapşırıqların düzgün yerinə yetirməkdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"