Hacıyevlə “Səbail” söhbəti: “Oyunun adamı olduğumu deyə bilmərəm”

13 Oktyabr 2022 23:00 Müsahibə 1 512
Hacıyevlə “Səbail” söhbəti:  “Oyunun adamı olduğumu deyə bilmərəm”

“Səbail” mövsümdə ikinci qələbəsini son turda “Sumqayıt” üzərində qazandı – 1:0.

Minimal hesablı qələbədə sözsüz ki, əsas memar Ruslan Hacıyev sayıla bilər.

Belə ki, zədə səbəbindən ehtiyatda oturan futbolçunu Mahmud Qurbanov işlər yolunda getməyincə erkən – 37-ci dəqiqədə döyüşə atmalı oldu.

O isə cəmi 2 dəqiqə sonra əla cinah reydindən sonra yaxşı mövqədə olan Turan Manafova ötürmə verincə hesab açıldı.

Sona qədər hesabın dəyişmədiyi oyunda bu qol 3 xal üçün yetərli oldu.

Matçın qəhrəmanı olan 24 yaşlı oyunçu Sportinfo.az-a müsahibə verib.

- Mövsümdə ikinci qələbənizi qazandığınız “Sumqayıt”la oyun necə keçdi?

- Çətin keçdi. Amma sonda qələbə üçün sevinən bizi olduq. Lakin bu qələbəni unudub növbəti matçarı fikiurləşməliyik.

- Meydana çıxdın, qısa müddət sonra asist etdin və sonra əvəzləndin. Oyunun adamı olduğunu deyə bilərikmi?

- Şükür ki, oyuna qoşulmağım yaxşı alındı. Amma oyunun adamı olduğumu deyə bilmərəm. Çünki komanda şəklində hamının əziyyəti oldu

- Amma karyeranın ən uğurlu oyunu saymaq olar?

Yaxşı oyunlarım olub. Tək bu oyunu deməzdim

- Oyundan sonra baş məşqçidən xüsusi təşəkkür oldumu?

Xeyr. Mahmud müəllim bütün komandaya təşəkkür etdi.

- 37-ci dəqiqədə meydana girdin, qolun vurulmasında birbaşa iştirak etdin və 60-cı dəqiqədə əvəzləndin. Deyəsən, qısa müddət sonra əvəzlənməyin zədə ilə bağlı idi. İndi özünü necə hiss edirsən?

- Bəli, oyundan əvvəl də zədəm vardı. İndi müalicəm davam etdirirəm. Qəti bir fikir yoxdur.

- Növbəti turda oynayıb-oynamayacağın da hələ bilinmir?

Xeyr.

- İlk dövrə arxada qaldı. Komandanın çıxışın necə dəyərləndirirsən?

- Fikirləşirəm ki, xal ehtiyatımız daha çox ola bilərdi. Bəzi oyunlarda şanssızlıqlarımız oldu. Növbəti dövrələr daha çox xal yığmaq üçün əlimizdən gələni edəcəyik.

- Ümumiyyətlə, indiki “Səbail”in potensialı sonda hansı yeri tutmağa yetərlidir?

- Komandamıza çox güvənirəm. Hansı yeri tutacağımız barədə bir fikir deyə bilmərəm. Ancaq bacardığımız qədər yuxarı pillələrdə qərarlaşmaq istəyirik.

- Bütün rəqiblərlə 1 dəfə oynamaq imkanınız oldu. Ümumilikdə rəqiblərin gücünü necə dəyərləndirirsən?

- Bu il çempionatda yaxşı mübarizə var. Hamı bir-birindən xal almaq gücündədir.

- Bu tur ilk dövrədə məğlub olduğunuz "Turan" səfərinə yollanacaqsız. Səncə, qisas almaq mümkün olacaq?

- Bəli, çətin səfər olduğunu deyə bilərəm. Amma qarşılaşmaya qisas gözü ilə baxmırıq. Sadəcə, istəyimiz qələbədir. 3 xal üçün meydana çıxacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?