“Neftci”dən icarəyə götürülən Turan: “Turan” üçün əlimdən gələni edirəm” - MÜSAHİBƏ

10 Oktyabr 2022 22:20 Müsahibə 1 677
“Neftci”dən icarəyə götürülən Turan: “Turan”  üçün əlimdən gələni edirəm” - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 9-cu turu "Neftçi"nin surpirz şəkildə "Turan Tovuz"la oyunda büdrəməsi oldu.

"Ağ-qaralar" doğma meydanda qərb təmsilçisinin müqavimətin 90 dəqiqədə qıra bilmədi - 0:0.

Matçın ən yaxşılarından biri də müqavilə ilə "Neftçi"yə məxsus olan, amma hazırda bölgə klubunun şərəfin qoruyarn Turan Vəlizadə idi.

O, Sportinfo.az-a müsahibə verib

- Ardıcıl iki məğlubuyyətdən sonra "Neftçi" ilə qarşılaşmaq oyundan əvvəl heç də yaxşı sonluqdan xəbər vermirdi. Bəs siz arxada qalan bir həftəni bu oyuna hansı düşüncədə hazırlaşdınız?

- Futbolda hər şey olur. Qalib də gəlirsən, məğlub da olursan. Biz hər oyuna çox ciddi hazırlaşırıq

- Yəni növbəti məğlubiyyət gələr deyə, bir narahatlıq yox idi?

- Xeyr, heç bir görüşə məğlub olarıq düşüncəsi ilə çıxmırıq. Sadəcə, qələbə qazanmaq, yaxşı oyun göstərmək və turnir cədvəlində qalxa biləcəyimiz qədər yüksək pillədə olmaq isdəyirik

- Qələbə üçün bəzi fürsətləriniz oldu, amma yararlana bilmədiniz. İndi həmin epizodlara üzülürsüz, yoxsa ancaq bərabərliyin sevinci var?

- Bəzi epizodlarımız oldu ki, istifadə edə bilmədik. Bu futboldu hər zaman epizodları istədiyimiz kimi dəyərləndirə bilmərik. Ancaq düşünürəm ki, yaxşı mübarizə apardıq

- Meydanda ən yaxşılardan biri də sən idin. Bu, rəqibin müqavilə ilə məxsus olduğun "Neftçi" olması ilə bağlıydımı?

- Hər oyunda ən yaxşısını etməyə çalışıram.“Turan Tovuz”un uğurları üçün əlimdən gələni edirəm. Oyunumun yaxşı alınmağında komanda yoldaşlarımın da böyük rolu var. “Neftci” ilə görüşə xüsusi hazırlaşmamışdım. Hər oyuna eyni motivasiya ilə hazırlaşıram. Ayxan müəllimin tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirməyə çalışıram

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"