"O, təkcə "Qarabağ"ın yox, ölkənin ən yaxşısıdır" - MÜSAHİBƏ

8 Oktyabr 2022 11:40 Müsahibə 2 101
"O, təkcə "Qarabağ"ın yox, ölkənin ən yaxşısıdır" - MÜSAHİBƏ

Azərbaycan futboluna üz tutan dağıstanlı futbolçulardan biri də Arif Daşdəmirov olub.

Bütün aşağı yaş qrup millilərdə oynayan futbolçu əsas millimizə kimi yüksəlib.

Ökəmizdə “İnter”, “Qəbələ”, “Qarabağ” kimi klubların şərəfin qoruyub. Burada sonuncu klubu “Sumqayıt” olan Arifdən 3 ildi səs-soraq yox idi.

Onunla “Qarabağ”ın “Olimpiakos”la oyunu ərəfəsində əlaqə saxladım.

Məqsədim sabiq klubunun Avropa Liqasındakı oyunu ilə bağlı fikirlərini almaq idi. Amma söhbət uzanınca, müsahibə etmək qərarına gəldik.

- Salam Alekum. Necəsən, Arif?

- Alekum salam. Şükür Allaha. Sizlər yaxşı olun.

- Uzun müddətdir səs-sorağın gəlmir. Nə işlə məşğul olursan?

- İstirahət edirəm (gülür).

- Futbolçu həyatının yorğunluğunu üzərindən ata bilirsən?

- Xeyr. Özüm üçün hələ də oynayıram. Çalışıram ki, həmişə yaxşı formada olum. Birdən sabah zəng gələr (gülür).

- Deməli, karyeranı hələ bitirməmisən?

- Xeyr. 8-8 formatında olan futbol komandasında oynayıram. Hər il Rusiya çempionatı olur. Moskvada, Soçidə keçirilən yarışlar maraqlı keçir. Futbolu dərhal tərk etmək asan deyil.

- Amma böyük futbolda sonuncu klubun 2019-cu ildə “Sumqayıt” olub. Arxada qalan 3 ildə təklif olmayıb?

- Düzün desəm, təklif olmayıb.

- Özün hələ də davam etməyə hazır idin?

- Bəli. Daha 2-3 il oynaya bilərdim.

- Səncə, o zaman niyə dəvət gəlmədi?

- Səbəbin söyləmək çətindir. O vaxt komandaların büdcələri kəskin şəkildə aşağı düşdü. Bəlkə də buna görə belə alındı.

- Təklif olmadı, bəs burdakı dostların necə, arxada qalan illər səni axtardılarmı?

- Əlbəttə. 16 ilimi keçirdiyim Azərbaycanda çoxlu dostlarım var. Açığı, onların sayını indi daha yaxşı başa düşürəm.

- Həyatının böyük bir bölümünü yaşadığın Azərbaycana gəlişin necə baş tutmuşdu?

- Məni U-17 millisinə dəvət edən Arif müəllimin sayəsində. Sonralar “Şəfa”da tez-tez görüşürdük. Ona xüsusi minnətdarlığımı bildirirəm ki, mənə inandı, milli komandada şans verdi. Davamında orada 16 il keçirdim. Buna görə çox şadam. Şükür edirəm ki, Allah mənə bu fürsəti verib.

- Və bu müddətdə kifayət qədər yaxşı karyera qura bildin. Yəqin ki, qazancın da pis olmadı. Bəs bu günlər üçün özünə dolanışıq qura bildinmi?

- Bəli. Şükür olsun Allaha hər şey varımdır. İndi isə qardaşlarla iş qurmağa çalışırıq.

- Karyeranla bağlı hələ də unutmadığın hansısa səhvin oldumu?

- Ümumiyyətlə, heç nəyə peşman deyiləm, hər şey yaxşıdır. Karyeramdan çox xoşbəxtəm.

- Sonuncu dəfə Bakıda nə vaxt olmusan?

- 3 il əvvəl

- Arada buraları yada salıb, xatırladığın, darıxdığın anlar heç olmur?

- Bakı üçün darıxıram. Ordakı böyük futbol azarkeşlərini unutmuram. İnşallah, tezliklə gəlib ordakı bütün qardaşları görəcəm.

- Ölkəmizdə çox sayda klubun şərəfin qorumusan. Ən çox hansı klubdakı günlər üçün darıxmısan?

- Ən yaxşı vaxtlarım “İnter” (indiki “Şamaxı” – müəllif) və “Qəbələ”də olub. Çox təəssüf ki, “İnter” adında klub indi yoxdur.

- Bəs milli komanda?

- Milli komanda başqa hekayədir. Çox gözəl günlər idi. Unutmaq olmaz. Azərbaycan yığmasında oynadığım üçün özümü şanslı sayıram. Ən uğurlu illər Robert Prosineçkinin zamanında olmuşdu.

- Sabiq komandalarından biri olan “Qarabağ” Avropda illərdi tarix yazır. Azərbaycanın fəxri olan klubu izləmək imkanın olur?

- “Qarabağ”ın Avropda oyunların izləyirəm. Azərbaycan Premyer Liqasına da baxmaq imkanım olur. “Qarabağ” yenə liderdir.

- Bu, uzun illərdi belə davam edir. Sirri nədədir?

İllərdi bir yerdə oynayan futbolçuları var. Bu, çox şeyi deyir. Qurban Qurbanov amili də öz işini görür. O, bu kollektivi bir araya gətirə bildi. Hər il nəticə verir. O, təkcə “Qarabağ”ın yox, ölkənin ən yaxşısıdır. “Qarabağ”ın nəticələri onun dəyərini sübut edir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu