COP29

"Neftçi"nin iddialı və formalaşmış heyəti var, ancaq..." - MÜSAHİBƏ

6 Oktyabr 2022 20:40 Müsahibə 1 334
"Neftçi"nin iddialı və formalaşmış heyəti var, ancaq..." - MÜSAHİBƏ

"Turan Tovuz" mövsümdə ikinci ev məğlubiyyətini sonuncu turda "Zirə"dən aldı.

Bölgə klubunun müdafiəçisi Ehtiram Şahverdiyev Sportinfo.az-a müsahibəsinə də elə son məğlubiyyətlə bağlı fikirləri ilə başladı.

- "Zirə" ilə matçda oyuna yaxşı başlasanız da bunun davamını gətirə bilmədiniz. Buna nə mane oldu?

- Həqiqətən də oyuna yaxşı başlamışdıq. Qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirdik. İlk qolu da biz vurduq. Lakin hesab bərabərləşəndən sonra sanki rəqibdə üstünlük yarandı və qısa müddətdə ikinci qolu vurdular. İkinci hissə bərabərlik qolu üçün çalışsaq da növbəti qolu buraxdıq. Bundan sonra oyun üstünlüyümüz şəraitində keçsə də rəqib yaxşı müdafiə olunmağı bacardı.

- Qapıçı Tərlan Əhmədlinin ilk qoldakı səhvi məğlubiyyətdə nə qədər rol oynadı?

- Futbolda hər kəs səhv edə bilər. Qələbə qazananda birgə əldə olunursa, məğlubiyyət də bir yerdə olur. Fərdi olaraq bir nəfərin səhvinə bağlamaq doğru olmaz.

- Ardıcıl iki məğlubiyyət psixoloji cəhətdən növbəti oyunlar öncəsi sizdə gərginlik yarada bilər?

- Düşünmürəm ki, psixiloji cəhətdən mənfi təsir edər. Çalışacağıq qarşıdakı oyunlara daha yaxşı hazırlaşıb yaxşı nəticələr qazanaq.

- Artıq ilk dövrənin arxada qaldığını deyə bilərik. Komandanın çıxışın necə dəyərləndirirsən?

- Düşünürəm ki, yeni yaranan komanda kimi hər oyun daha daha da artırmağa, nəticə verməyə çalışırıq. Sözün açığı, qarşımıza başqa hansısa vəzifə də qoyulmayıb. Əsas məqsəd verilən tapşırıqları yerinə yetirmək, hər oyun daha yaxşı çıxış edib uğur qazana bilməkdir.

- Mövsümün sonu komanda hansı yerdə qərarlaşa bilər? Potensialınız nəyə çatar?

- Məncə, yaxşı kollektivimiz var. Fikirləşirəm ki, daha da yaxşı nəticələr göstərəcəyik.

- Bu tur qarşılaşacığınız “Neftçi ilə oyun barədə nə deyə bilərsən? İddialı rəqiblə çətin səfərdə surpiz etmək mümkün olacaq?

- Rəqib kifayət qədər yaxşı komandadır. İddialı və formalaşmış heyəti var. Amma bu futboldur. Hər şey ola bilər. Meydançaya çıxıb öz işimizi ən yaxşı şəkildə görməyə çalışacağıq ki, xal qazana bilək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti