"Narahatlıq yoxdur, yavaş-yavaş hər şey daha da yaxşı olacaq”

26 İyul 2022 23:00 Müsahibə 973
"Narahatlıq yoxdur, yavaş-yavaş hər şey daha da yaxşı olacaq”

“Turan Tovuz”un yeni mövsümə hazırlıqları qonşu Gürcüstanda davam edir.

Toplanışda iştirak edən komandanın yarımmüdafiəçisi Turan Vəlizadə Sportinfo.az-a müsahibəsində hazırlıq və gələcək planlardan danışıb.

- Artıq bir neçə gündü qonşu Gürcüstanda toplanşıdasınız. Hazırlıq necə gedir?

- Hər şey qaydasındadır. Hazırlıqlarımız davam edir. Çempionata hazırlaşırıq. Oyunların başlamağına az bir müddət qalıb, məşqlərdə əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

- Artıq ölkə xaricində bir yoxlama oyunu da keçirmisiniz. “Merani” üzərində 3-1 qələbə qazandığınız oyunda nəticə ortadadır, bəs oyun olaraq komanda necə təsir bağışladı?

- İlk oyunda qalib gəldik. Yavaş-yavaş hər şey daha da yaxşı olacaq. Əsas odur ki, komandanın əhval-ruhiyyəsi yüksək səviyyədədir.

- Kollektiv daha çox yerli oyunçulardan qurulub. Amma az sayda olsa da əcnəbi transferləri də olub. Arada anlaşma necədir? Gücünüzə güc qata biləcəklər?

- Əlbəttə. Hər şey komandamız adına zaman keçdikcə daha da yaxşı olur. İlk görüşdə ki, qələbəmiz də bunu göstərir.

- Yeni mövsümün startına 2 həftədən az vaxt qalır. "Turan Tovuz"u yeni mövsümə neçə faiz hazır saymaq olar?

- Məncə, komandanın nə qədər hazır olmağın məşqçilər daha yaxşı bilər.

- 21 yaşın olsa da Premyer Liqada təcrübən yetəri qədər var. Yeni formalaşan komanda ilə Premyer Liqada mübarizəyə başlayacaqsınız. Bu baxımdan əsas narahatalıq nədədir?

- Heç bir narahatlıq yoxdur. Hər şey qaydasındadır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti