"Böyük qardaşım vaxtilə Azərbaycanda oynayıb" - "Sabah"ın yeni transferi

19 İyul 20:20 Müsahibə 819
"Böyük qardaşım vaxtilə Azərbaycanda oynayıb" - "Sabah"ın yeni transferi

“Sabah” növbəti mövsümə hazırlıqları davam etdirir.

Sportinfo.az xəbər verir ki, komandanın yeni transferlərindən Abdulaye Ba klubun saytına müsahibə verib. O, “Sabah”a keçidi, təlim-məşq toplanışı və digər məsələlərlə bağlı fikirlərini bildirib:

– Burda olmaqdan çox şadam. “Sabah” ailəsinin üzvü olmaq qürur vericidir. Bu, mənim üçün yeni çağırışdır. İnanıram ki, “Sabah”la birlikdə uğurlu mövsüm keçirəcəyəm.

– Artıq bir neçə gündür komanda ilə məşqlərdə iştirak edirsən. İlkin təəssüratların necədir?
– Komanda daxilində çox yaxşı, müsbət atmosfer var. Yeni komandama çox tez uyğunlaşdım. Yeni mövsümdə uğur qazanmaq üçün komandamızın yaxşı potensialı var.

– “Sabah”da əsas məqsədin nədir?
– Əsas istəyim komanda ilə avrokuboklara vəsiqə qazanmaqdır. Bilirəm, bu yolda bizi çətin sınaqlar gözləyir. Lakin mən buna hazıram. İnanıram ki, biz komanda olaraq birlikdə daha güclü olacağıq.

– Sənin böyük qardaşın Samba Ba vaxtilə Azərbaycanda çıxış edib. “Sabah”dan təklif gələndə bu barədə onunla danışdın?
– Bəli, mənim böyük qardaşım Samba Ba vaxtilə Azərbaycanın “Karvan” klubunda oynayıb. Onun Azərbaycanda dostları və yaxşı təcrübəsi var. Buna görə, təklifə cavab vermək mənim üçün asan oldu.

– Sonda komandanın tərəfdarlarına nə demək istərdin?
– Onların məni qarşılamasından çox məmnun oldum. Azarkeşlərimizə demək istərdim ki, onların da dəstəyi ilə yeni mövsümdə hədəflərimizə çatacağımıza inanıram.

Digər Xəbərlər
Xəbər Lenti